Türkiyəli tanınmış aktyor Ulaş Tuna Astepe 6 illik sevgilisi, rejissor Cansu Baydardan ayrılıb.
Milli.Az xəbər verir ki, cütlük uzun müddətdir davam edən münasibətini ötən həftə sonlandırıb.
2019-cu ildə başlayan eşq macarasının evliliklə bitəcəyi təxmin edilsə də bunun tam əksi olub.
Onlar apreldə bir-birlərini instaqramdan izləmədən çıxarıblar.
Onların fikir ayrılığı səbəbindən münasibətlərini bitirdiyi açıqlanıb.
Qeyd edək ki, Astepe daha öncə məşhur "Sen anlat Karadeniz" serialında Tahir rolunu canlandırıb.
Fidan
Milli.Az