6 illik sevgilisindən ayrıldı - FOTO

25 İyun 2025 15:00

Türkiyəli tanınmış aktyor Ulaş Tuna Astepe 6 illik sevgilisi, rejissor Cansu Baydardan ayrılıb.

Milli.Az xəbər verir ki, cütlük uzun müddətdir davam edən münasibətini ötən həftə sonlandırıb. 

2019-cu ildə başlayan eşq macarasının evliliklə bitəcəyi təxmin edilsə də bunun tam əksi olub. 

Onlar apreldə bir-birlərini instaqramdan izləmədən çıxarıblar.

Onların fikir ayrılığı səbəbindən münasibətlərini bitirdiyi açıqlanıb.

Qeyd edək ki, Astepe daha öncə məşhur "Sen anlat Karadeniz" serialında Tahir rolunu canlandırıb.

Fidan
Milli.Az