Maraqlı

Ən çox qəhvə içilən ölkələr

1 Oktyabr 2026 03:03
Baxış: 184
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ və Braziliya dünyada qəhvə istehlakına görə birinci və ikinci yerlərini qoruyub saxlayıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qəhvə Təşkilatının (ICO) məlumatında bildirilir.

Qəhvə ili ərzində (2025-ci ilin oktyabrından 2026-cı ilin sentyabrınadək) dünya bazarında istehlak azalaraq 180,6 milyon kisəyə düşüb. Bir il əvvəl bu göstərici 182,2 milyon kisə təşkil edib.

Mütləq lider 24,6 milyon kisə göstəricisi ilə ABŞ-dir. Braziliya isə 23,5 milyon kisə ilə ondan geri qalır. Sonrakı yerləri Almaniya (9,59 milyon), Yaponiya (6,25 milyon), İndoneziya (6,04 milyon), İtaliya (5,85 milyon) və Fransa (5,84 milyon) tutur. İlk onluğu Çin (5,42 milyon), Vyetnam (5,2 milyon) və Rusiya (4,37 milyon) tamamlayır.

2020-ci ildən bəri qəhvə istehlakını ən çox artıran ölkələr Çin (+13,8%) və Vyetnam (+5,5%) olub. Bununla belə, adambaşına düşən qəhvə istehlakına görə Lüksemburq öndədir - ildə 19,85 kiloqram. Sonrakı yerlərdə Maldiv adaları (14,4 kq), Finlandiya (9,58 kq), Andorra (8,67 kq) və Norveç (8,18 kq) qərarlaşıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.