Maraqlı

Diş çürüməsi tarixə qovuşur: Yeni gel sürtülən kimi dişi bərpa etməyə başlayır

7 Sentyabr 2026 07:07
Baxış: 323
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İnsan bədənindəki ən sərt toxuma olan diş minası zərər gördükdə özünü təbii şəkildə yeniləyə bilmir. İngiltərədəki Nottingem Universitetinin tədqiqatçılarının hazırladığı yeni bir gel isə aşınmış diş minasının strukturunu yenidən qurmağa imkan verən bir üsul ortaya qoyub.

Milli.Az xəbər verir ki, tədqiqatçılar təbii diş əmələ gəlməsində rol oynayan zülalların işləmə mexanizmini təqlid edən yeni materialı insan dişləri üzərində sınayıblar. Nəticələr gel tətbiq olunan zonalarda təbii minaya bənzər mineral strukturun yenidən yarana bildiyini göstərib.

Hazırlanan gel diş səthinə tətbiq edildikdə aşınmış zonalardakı kiçik boşluq və çatlararası hissələrə yerləşir. Ardından ağızda təbii olaraq mövcud olan kalsium və fosfat ionlarından istifadə edərək yeni mineral kristallarının böyüməsini təmin edir. Bu kristallar təsadüfi şəkildə yaranmır. Mövcud diş minasının kristal strukturunu izləyərək böyüyür və zamanla təbii minaya bənzər mütəşəkkil bir təbəqə əmələ gətirir. Tədqiqatçılar bu prosesin uşaqlıq dövründə diş minasının yaranmasını təmin edən təbii mexanizmi təqlid etdiyini bildirirlər.

Komandanın üzərində dayandığı məsələlərdən biri də yenidən qurulan təbəqənin gündəlik istifadəyə tab gətirib gətirməyəcəyi idi. Bunun üçün dişlər fırçalama, çeynəmə və turşulu qidalara məruz qalma kimi real həyat şərtlərini təqlid edən testlərdən keçirilib.

Tədqiqatçılar yaranan yeni mineral toxumanın mexaniki xüsusiyyətlərinin sağlam diş minasına bənzər şəkildə davrandığını bildiriblər. Texnologiyanın xüsusilə mina aşınması və diş həssaslığının müalicəsində istifadə oluna biləcəyi düşünülür.

İşin arxasındakı komanda texnologiyanı laboratoriya ilə məhdudlaşdırmaq istəmir. Tədqiqatçılar bunun üçün "Mintech-Bio" adlı bir şirkət qurublar və ilk məhsulu 2027-ci ildə istifadəyə verməyi hədəfləyirlər. Texnologiyanın irəliləyən dövrdə diş minasındakı aşınmaların bərpası, həssaslığın azaldılması və mövcud bərpa işlərinin dəstəklənməsi kimi fərqli sahələrdə qiymətləndirilməsi planlaşdırılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.