“Sibel Can heç kimlə evlənməyəcək, çünki evlidir” - Seren Serengil
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyəli aparıcı və müğənni Seren Serengil həmkarı Sibel Can haqqında diqqətçəkən paylaşım edib.
Milli.Az xəbər verir ki, Serengil sənətçinin şəxsi həyatı ilə bağlı yayılan evlilik xəbərlərinə etiraz edib və onun rahat buraxılmasını istəyib.
"Bir az Sibel Canı rahat buraxaqmı? Altı ayda bir Sibel Canı evləndirir hamı. Yenə hər yerdə "Sibel evlənir" xəbərləri var. Mən heç bir sənətçi üçün öz səhifəmdə belə bir şərh yazmaram, amma artıq bu qıza haqsızlıq edildiyini düşünürəm" deyə, o bildirib.
Serengil Sibel Canın illərdir şəxsi həyatını mediadan uzaq tutduğunu vurğulayıb:
"Hamımız onun səsini, mahnılarını, duruşunu, mədəniyyətini, heç kimə cavab verməməsini izləmişik. Onu çox sevirəm. Öz başına illərlə mahnılarını oxudu, proqramını hazırladı, televiziyaya çıxdı, uşaqlarını böyütdü. Heç vaxt münasibətlərini, xüsusilə də uşaqları böyüdükdən sonra gözümüzə soxmadı. Heç bir qalmaqala qarışmadı, pis sözə cavab vermədi.
Aldadıldı, fəryad etmədi. Haqsızlıq gördü, şikayətlənmədi. Münasibət yaşadı, peşman olub-olmadığını belə bizə hiss etdirmədi. Xoşbəxtliyini gözümüzə soxmadı, sübut etməyə ehtiyac duymadı".
Serengil sənətçinin görünüşü ilə bağlı edilən tənqidlərə də münasibət bildirib. O, Sibel Canın şəkər xəstəliyinin olduğunu və buna görə çəki alıb-verə bildiyini xatırladaraq, müğənninin xarici görünüşünün məsxərəyə qoyulmasını tənqid edib.
"Sanki dünyanın məşhur modelidir və kökəlib - bu nə qədər böyük günahdır ki, görüntüsü ilə belə lağ edildi. Yenə də heç nə demədi" deyə, Serengil yazıb.
Sibel Canın sənəti və xarakteri ilə hər kəsin həyatında xüsusi yer tutduğunu bildirən Serengil fikrini belə yekunlaşdırıb:
"Baxıram, hər yerdə onun evlənəcəyi yazılır. Sibel evlənməyəcək, məncə. Çünki Sibelın özünün kraliçası olduğu bir imperatorluğu var və onu özü idarə edir. Orada bir krala ehtiyacı yoxdur. Sevmək ayrıdır, o taxtı paylaşmaq ayrı... Mən deyim: O, heç kimlə evlənməyəcək. O, bizimlə evlidir". (Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
İbrahim Borçalı: “Dərddən şəkərim qalxdı”
-
2 məşhur azərbaycanlı müğənninin birgə uşaqlıq Fotosu
-
“Victoria’s Secret” modellərinin makiyajsız görüntüləri gündəm oldu (Fotolar)
-
Rolunu bəyənmədiyi üçün “Kızılcık Şerbeti”ndən ayrılır - (Foto)
-
"Ən bahalı müğənnisən, sənin yerinə utandım" - Rəvan Bağırov
-
“Yeraltı”nın cütlüyündən ilk romantik (Foto)
XƏBƏR LENTİ
-
İbrahim Borçalı: “Dərddən şəkərim qalxdı”
-
Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
-
2 məşhur azərbaycanlı müğənninin birgə uşaqlıq Fotosu
-
İsveçdə Quranı yandıran belə cəzalandırıldı
-
Apple dünyanın ən bahalı şirkəti oldu
-
Polşada gərginlik pik həddə - Prezident təcili iclas çağırdı
-
"Qalatasaray" böyük hesabla qələbə qazandı
-
Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər (Foto-Video)
-
Qaralmış gümüşü ovmadan təmizləyən üsul
-
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
-
Bəy şadlıq sarayına çatmamış yuxuya getdi – (Video)
-
Üç bürc üçün çox xoşbəxt dövr başlayır
-
Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar
-
Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
-
Türkiyədə cütlük boşanma qərarını möhtəşəm parti ilə elan etdi (Video)
-
“Victoria’s Secret” modellərinin makiyajsız görüntüləri gündəm oldu (Fotolar)
-
Rolunu bəyənmədiyi üçün “Kızılcık Şerbeti”ndən ayrılır - (Foto)
-
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
-
Binanın ehtiyat çıxışılarını bağlayıb obyektə çevirirlər? - (Video)
-
"Ən bahalı müğənnisən, sənin yerinə utandım" - Rəvan Bağırov
-
Polşada baş nazir polis alayını məhkəməyə yeritdi, Prezident təcili geri qayıtdı - (Video)
-
Zaqatalada qaz olmayacaq
-
Tovuzda ağır qəza - 4 nəfər xəsarət alıb - (Foto)
-
Günün qoroskopu: Ruhi gərginlik bu gün sizə üstün gələ bilər





