18 yaşlı azərbaycanlı İsveç siyasətində
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsveçin Gevle şəhərində keçiriləcək bələdiyyə seçkilərində ən yaşlı və ən gənc namizəd diqqət çəkib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Yaşıllar" Partiyasının 95 yaşlı nümayəndəsi Ken Kubulenso və "Mötədillər"dən namizəd olan 18 yaşlı Rihad Ələkbərov Gevle bələdiyyə şurasına seçilmək üçün mübarizə aparır".
SVT hər iki namizədi bir araya gətirərək onların həyat, siyasət və cəmiyyətlə bağlı fikirlərini öyrənib.
Ken Kubulenso Yamaykada anadan olub. O, İkinci Dünya müharibəsi başlayanda 8 yaşında olub.
Kanal qeyd edir ki, Rihad Ələkbərov isə İsveçdə "iPhone"un satışa çıxarıldığı ildə doğulub və cəmi bir neçə gün əvvəl 18 yaşını tamamlayaraq yetkinlik yaşına çatıb.
Aralarında 77 yaş fərq olmasına baxmayaraq, hər iki namizəd cəmiyyəti daha yaxşı istiqamətdə dəyişmək istəyi ilə ortaq mövqedədir.
Söhbət zamanı Rihad Ələkbərov müasir dövrdə gənclərin malik olduğu azadlıqlardan danışarkən, keçmişdə insanların həyatının daha sadə olduğunu düşündüyünü deyib.
"Keçmişdə hər şeyin daha sadə olduğu dövrü yaşamaq istərdim. Mobil telefonlar və internet yox idi. Hamı eyni kanallara baxırdı. İnsanların o qədər də çox seçimi yox idi", - deyə o bildirib.
Namizədlərdən azad iradənin mövcud olub-olmaması da soruşulub. Ələkbərovun fikrincə, insanın qərarlarına sosial və psixoloji amillər, eləcə də ətraf mühit təsir edir. Kubulenso isə insanın yaxşı mühitdə olduğu zaman daha sərbəst düşünə bildiyini söyləyib.
Rihad Ələkbərov müsahibə zamanı partiyasının mövqeyindən fərqli düşündüyü məsələlərdən birini də açıqlayıb.
O, İsveçdə alkoqol satışına tətbiq edilən dövlət inhisarının - "Systembolaget" sisteminin qorunmasını dəstəklədiyini bildirib. Halbuki Mötədillər Partiyasının bir çox üzvü bu inhisarın ləğvinin tərəfdarıdır.
"Mən alkoqol inhisarının və alkoqol istehlakına məhdudiyyət qoyulmasının yaxşı olduğunu düşünürəm. Özüm içki içmirəm və bunun daha çox insan üçün əlçatan edilməsinin tərəfdarı deyiləm", - deyə 18 yaşlı namizəd vurğulayıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Əraqçi: “Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun”
-
Bu ərazilərə qar yağdı (Foto)
-
Pilot namazını təyyarədə qıldı - (Video)
-
Yaponiyada güclü zəlzələ
-
Tramp Si Çinpin və Putinlə danışacaq
-
“Qalatasaray”ın əfsanəvi futbolçusu vəfat etdi
-
Elgizin bağ evinin həyətindən gündəm olan Videosu
-
Qızıl və gümüş bahalaşdı
-
"Barselona" "Atletiko"nu geridönüşlə məğlub etdi
-
Bank işçisi qəfil öldü
-
Soyuducu yaxşı soyutmur? – Səbəblər açıqlandı
-
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib - (Foto)
-
Evdə ayaqyalın gəzməyin zərərləri
-
Xeyli çəki atan azərbaycanlı məşhurların son görüntüləri müzakirə yaratdı - (Fotolar)
-
Bu yaşda ət yemək ömrü uzadır
-
Kleopatra haqqında tarixçilərin susduğu 6 utanc verici fakt
-
Tünd kişmiş cavanlaşdırır
-
Yuxudan duran kimi bunu edin
-
Qumralın əri ilə eşq dolu rəqsi diqqət çəkdi - (Video)
-
Mətbəx süngəri tarixə qovuşur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - (Video)
-
Burcu Biricik : "Milyonlar qazanan cəmi 3-5 aktyor var"
-
Günün qoroskopu: Ətrafınızdakıların fikirlərinə də bir qədər yer ayırın
-
Almaniyada insanlar niyə hesabı ayrı-ayrı ödəyir?





