Gəzərkən telefondan uzaq durun: səbəb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ağıllı telefonlarla iç-içə həyat sürürük. Səhər oyanan kimi bu cihazlara yönəlib, gecə onlar ilə yatanların sayı kifayət qədərdir. Hətta nomofobiya (no-mobile-phone phobia) olaraq adlandırılan ağıllı telefon yoxsulluğu deyə bir vəziyyət də var... Bu vəziyyət insanın telefonunun batareyası bitdikdə və ya evdə unutduqda narahat olma, qayğılanma və özünü əksik hiss etmə halı olaraq təyin edilir.
Milli.Az xəbər verir ki, nevrologiya mütəxəssisi Prof. Dr. Dərya Uludüzün sözlərinə görə bu cihazlar sağlamlıq naminə edilən gəzintini belə sabotaj edir.
"Təbiətdə gəzən, amma hələ də telefona bağlı olan bir zehin əslində gəzməz, sadəcə yer dəyişdirir. Unutmayın: "Hər gəzinti bir terapiyadır. Amma bu terapiyanı telefonla ləğv edirsiniz." Təbiətlə təmas qurun, ətrafı izləyin, təkcə ayaqlarınızı deyil, zehninizi də gəzdirin. Növbəti gəzintinizdə telefonu evdə qoyun, təbiətə qulaq verin. Beyniniz sizə təşəkkür edəcək." deyə mütəxəssis bildirib.
Gəzinti zamanı telefondan uzaq qalmaq beynin məlumatla dolub-daşmış bölgələri üçün əsl istirahətdir. Vizual emal yükü azalır, dopamin balansı yenidən qurulur, sinaptik təmizlik (beynin daha səmərəli işləyə bilməsi üçün öz içindəki 'lazımsız faylları təmizləməsi') gerçəkləşir. Xüsusilə diqqət əksikliyi, tükənmişlik, yaddaş problemləri, stres və depressiya yaşayan fərdlər üçün telefonsuz gəzinti davasız-dərmansız bir sağalma protokoludur.
Gəzərkən danışmaq və ya mesaj yazmaq, yəni eyni anda birdən çox işi və ya tapşırığı yerinə yetirmək beynin gəzinti ilə dincəlməli olan bölgələrini (məsələn, prefrontal korteks) aktiv hala gətirir. Bu da beyinə qoşa yük qoyur. Əyləcə basarkən eyni anda qaz vermək kimi... Nə gəzindən fayda görürsünüz, nə də ünsiyyətdən. Üstəlik, kortizol səviyyələriniz də arta bilər.
Təbiətdə səssiz və telefonsuz gəzinti beyində alfa dalğalarını artırır. Bu dalğalar daxili hüzuru, yaradıcılığı və öyrənmə qabiliyyətini dəstəkləyir. Lakin telefonla gəzmək bu sistemi pozur; beta dalğaları artır və həmin şəxs zehni olaraq sayıqlayır (tətikdə qalır). Sakitləşmək əvəzinə daha gərgin hiss edirsiniz. Bu da gəzintinin meditasiya təsirini aradan qaldırır.
Həftədə 5 dəfə 45 dəqiqə gəzmək qan təzyiqini nizamlayır və insülin müqavimətini azaldaraq qan şəkərini tənzimləyir.
Qan dövranını nizamlayır və ürək-damar xəstəlikləri riskini azaldır.
Ayaq və gövdə əzələlərini işlədir, sümük əriməsi (osteoporoz) riskini aşağı salır.
Kilo verməyə və formanı qorumağa kömək edir.
Gün içində enerji verir, diqqəti artırır və zehni yorğunluğu götürür.
Xoşbəxtlik hormonunun ifraz olunmasını dəstəkləyərək stres və narahatlığı yüngülləşdirir, beləliklə ömrü uzadır.
Atılan hər addım əzələlər vasitəsilə sinir hüceyrələrini stimullaşdırır and beyinə daha çox oksigen getməsini təmin edir.
Açıq havada təbiətlə iç-içə gəzərkən telfonda olmaq təkcə diqqətinizi yayındırmır. Beynin diqqət şəbəkəsi (default mode network) sıradan çıxır. Təbii mühitdə fərqindəliklə gəzmək bu şəbəkəni səssizləşdirib zehni rahatlama təmin edir. Lakin telefona diqqət yetirdiyinizdə bu sistem yenidən aktivləşir və beyninizin dincəlmə şansı qalmır. Yəni bədəniniz təbiətdə olsa da, zəhniniz hələ də ekranın içindədir. Bu da gəzintinin beyin üzərindəki müsbət təsirlərini demək olar ki, sıfırlayır.
Telefon ekranına baxaraq və ya danışaraq gəzəndə ətraf mühit fərqindəliyi azalır. Bu da entorhinal korteks adlandırılan istiqamət müəyyən etmə və məkan yaddaşı mərkəzinin kifayət qədər stimullaşdırılmamasına yol açır. Bu sahə Alzeymer xəstəliyində ilk təsirlənən bölgədir. Yəni gəzərkən ətrafa baxmaq, ətraf ilə təmas qurmaq beyni qocalmağa qarşı qoruyan bir məşqdir.
Mikro qıcıqlandırıcılar qaçırıldıqda beyin şəbəkədən kənarda qalır: Təbiətdə gəzərkən yarpaq xışıltısı, günəşin əks olunması, quş səsi kimi mikrosaniyəlik ətraf mühit qıcıqlandırıcıları beyni anlıq olaraq oyadır. Bu qıcıqlandırıcılar diqqət, duyğu tənzimləmə və fərqindəlik sistemlərini aktivləşdirir. Telefona diqqət yetirdiyinizdə bu siqnallar "görünməz" hala gəlir. Halbuki təbiətin müalicəvi təsiri məhz bu kiçik qıcıqlarda gizlidir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Gəzərkən telefondan uzaq durun: səbəb
-
Günün qoroskopu: Tələsik qərarlar verməkdən çəkinin
-
Ayrılsalar da, övladları üçün bir araya gəldilər - (Video)
-
Toxunduqda dərhal şəkil dəyişən parça hazırlandı
-
Azərbaycanda bu maşınlara tələbat artdı - (Video)
-
Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
XƏBƏR LENTİ
-
Gəzərkən telefondan uzaq durun: səbəb
-
Sabiq Pentaqon rəhbəri: ABŞ-İran münaqişəsi daha 6 ay davam edə bilər
-
Kiprdə gəmi qəzasında ölənlərin sayı artdı - Yenilənib
-
Tramp Ayı da "özününküləşdirdi"
-
Şarl Lekler "Formula-1"də qəza törətdi, görməsi pisləşdi
-
Canəli Nəbiyev xəstəxanaya direktor təyin edildi - (Foto)
-
18 yaşlı azərbaycanlı İsveç siyasətində
-
Günün qoroskopu: Tələsik qərarlar verməkdən çəkinin
-
Koxalski azarkeşlərlə sağollaşdı
-
Azərbaycan futboluna ağır itki - (Foto)
-
Evində ölü tapılan Serhat Mustafa Kılıçın son görüntüləri - (Foto)
-
Brilliant Dadaşovanın arxivi - (Foto)
-
Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
-
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
-
Sabah Yasamalda işıq olmayacaq
-
Nepalda seldə ölənlərin sayı 1344-ə çatıb
-
Ayrılsalar da, övladları üçün bir araya gəldilər - (Video)
-
“Danışsam, bu liqanı ifşa edəcəyəm” - Joao Feliks
-
Toxunduqda dərhal şəkil dəyişən parça hazırlandı
-
Zelenskinin Uitkoff və Kuşnerlə görüşü başa çatıb - Yenilənib
-
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub edib - Yenilənib
-
"Şamaxinka" istiqamətində yol açılıb, Biləcəri istiqamətində təmir davam edir - Anar Nəcəfli
-
Xankəndidə 4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı
-
Yağış yağacaq, leysan olacaq - xəbərdarlıq





