İdman

"Qarabağ"ın sabiq futbolçusu istefa verdi

6 Sentyabr 2026 15:40
Baxış: 333
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Qarabağ"ın sabiq futbolçusu Uroş Matiç Serbiyanın "Yedinstvo" klubunun baş məşqçisi vəzifəsindən ayrılıb.

Milli.Az xəbər verir ki, serbiyalı mütəxəssis "Napredak"a 1:2 hesablı məğlubiyyətdən sonra istefa verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Matiç məşqçilik fəaliyyətinə 2025-ci ilin yanvarında "Yedinstvo"da başlayıb. "Yedinstvo" Serbiya 1-ci liqasında 7 oyuna 4 xalla 16 komanda arasında 15-ci pillədə qərarlaşıb.

37 yaşlı mütəxəssis futbolçu karyerasında 2020/21 mövsümündə "Qarabağ"ın formasını geyinib. 

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.