Zelenskinin Uitkoff və Kuşnerlə görüşü başa çatıb - Yenilənib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kiyevdə Ukrayna və ABŞ nümayəndə heyətləri arasında keçirilən görüşün birinci raundu başa çatıb.
Milli.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.
Birinci raundda danışıqlar Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin iştirakı ilə keçirilib.
Danışıqlar zamanı Kuşner bildirib ki, Tramp sadəcə müharibəyə son qoymaq deyil, həm də Ukraynada uzunmüddətli sülh üçün şərait yaratmaq istəyir.
O, əlavə edib ki, gələcək razılaşmalar yeni müharibənin baş verməsi ehtimalını aradan qaldırmalı və Ukraynaya müharibə illərində nümayiş etdirdiyi güc və ixtiraçılıqdan ölkənin inkişafı üçün istifadə etmək imkanı verməlidir: "Bir çox siyasətçi mürəkkəb problemlərdən qorxur. Prezident Tramp həmişə deyir ki, məsələ nə qədər mürəkkəbdirsə, bir o qədər yaxşıdır və buna bütün gücünü sərf etmək lazımdır. Buna görə də o, bu müharibəyə və insanların ölümünə son qoymaq, ailələrin həyatını asanlaşdırmaq üçün çox qətiyyətlidir".
Eyni zamanda, Uitkoff bu söhbəti "çox məzmunlu" adlandırıb:
"Biz ruhlanmışıq və lazım olduğu qədər bundan sonra da işləməyə hazırıq".
Uitkoff həmçinin Ukraynanın qonaqpərvərliyinin "misilsiz" olduğunu qeyd edib:
"Deyərdim ki, bizim çox məzmunlu müzakirələrimiz oldu. Məzmunlu, mühüm müzakirələr. Biz çox ruhlanmışıq və bu günün davamını lazım olduğu qədər səbirsizliklə gözləyirik".
Öz növbəsində Zelenski bildirib ki, Uitkoff və Kuşnerin iştirakı ilə artıq iki panel müzakirəsi keçirilib. Prezident müharibənin başa çatması üçün hər şeyi etməyin çox vacib olduğunu vurğulayıb: "Burada hamımız eyni tərəfdəyik - çox istəyirik ki, müharibə olmasın, əzablar yaşanmasın, insanlar həlak olmasın. Bu müharibə ədalətli şəkildə - hamımız üçün ədalətli sülhlə başa çatsın. Həmçinin müharibə elə başa çatmalıdır ki, Rusiyanın Ukraynaya qarşı təcavüzünü yenidən başlatması mümkün olmasın. Bunun üçün əlimizdən gələni etməliyik".
Qeyd edək ki, ikinci raundda "Avropa üçlüyü" ölkələrinin - Böyük Britaniya, Fransa və Almaniyanın milli təhlükəsizlik məsələləri üzrə müşavirlərinin iştirakı ilə danışıqlar keçiriləcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qızıl və gümüş bahalaşdı
-
"Barselona" "Atletiko"nu geridönüşlə məğlub etdi
-
Bank işçisi qəfil öldü
-
Soyuducu yaxşı soyutmur? – Səbəblər açıqlandı
-
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib - (Foto)
-
Evdə ayaqyalın gəzməyin zərərləri
-
Xeyli çəki atan azərbaycanlı məşhurların son görüntüləri müzakirə yaratdı - (Fotolar)
-
Bu yaşda ət yemək ömrü uzadır
-
Kleopatra haqqında tarixçilərin susduğu 6 utanc verici fakt
-
Tünd kişmiş cavanlaşdırır
-
Yuxudan duran kimi bunu edin
-
Qumralın əri ilə eşq dolu rəqsi diqqət çəkdi - (Video)
-
Mətbəx süngəri tarixə qovuşur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - (Video)
-
Burcu Biricik : "Milyonlar qazanan cəmi 3-5 aktyor var"
-
Günün qoroskopu: Ətrafınızdakıların fikirlərinə də bir qədər yer ayırın
-
Almaniyada insanlar niyə hesabı ayrı-ayrı ödəyir?
-
Bu qış xəyanət təhlükəsi artır: Hansı bürclər gizli eşq yaşaya bilər?
-
Mebel almaq istədi, aldandı - (Video)
-
Qaxda mikroavtobus dərəyə aşdı - (Video)
-
“Razılaşma əldə etməkdə çox maraqlıdırlar” - Donald Tramp
-
Ağdamda avtomobil aşdı, xəsarət alanlar var - (Video)
-
Kanalizasiya xətti üstündə dava düşdü - (Video)
-
Hərəkətdə olan avtomobil anidən alışdı - (Video)





