Dünya

Pakistan və Türkiyə XİN rəhbərləri Məkkə sazişini müzakirə etdilər

6 Sentyabr 2026 15:59
Baxış: 219
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Pakistanın xarici işlər naziri İshaq Dar və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.

Milli.Az xəbər verir ki, danışıq zamanı Məkkə müdafiə alyansı çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları müzakirə olunub.

Nazirlər, həmçinin regional və beynəlxalq məsələlər, qarşılıqlı maraq doğuran mövzular və çoxtərəfli platformalarda əməkdaşlığın daha da gücləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.

Tərəflər əlaqələri sıx şəkildə davam etdirmək barədə razılığa gəliblər.

Qeyd edək ki, İshaq Dar Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanla da telefon danışığı aparıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.