Dünya

Almaniya yenə müharibə istəyir

6 Sentyabr 2026 17:00
Baxış: 256
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qərbin Rusiyaya qarşı Leypsiq hava limanındakı dron hücumu ilə bağlı ittihamları əsl müharibənin başlanğıcıdır. 

Milli.Az apa-ya xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib

Sergey Lavrov qeyd edib ki, Böyük Vətən Müharibəsi başlamazdan əvvəl Almaniya, indi etdiyi kimi diplomatik nümayəndəliklərini bağlamışdı. 

Rusiya xarici işlər nazirinin sözlərinə görə, Berlin "yenə müharibə istəyir" və "tarixin dərsləri heç öyrənilməyib". 

O, Rusiya rəhbərliyinin müvafiq nəticələr çıxaracağını söyləyib: "Leypsiq, hava limanı... Onlar hansısa PUA tapıblar. Deyiblər ki, bu, Rusiya PUA-sıdır və heç kim araşdırma aparmayıb. Bu, ümumiyyətlə, elə əsl müharibənin başlanğıcıdır".

Sergey Lavrov bəzi müasir "siyasi fiqurların" tezliklə "Avropa siyasətinin zirvəsindən silinəcəyi" fikrini də bildirib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.