Borca görə ölkədən çıxışa STOP qoyulacaq - Bəs bunu əvvəlcədən necə bilmək olar? - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkədən çıxışa qoyulacaq məhdudiyyətlər və ya "STOP" qərarları, adətən, hökumət orqanları tərəfindən xüsusi vəziyyətlərdə elan edilir. Bu qərarların öncədən öyrənilməsi üçün müxtəlif mənbələrə müraciət etmək vacibdir. Yerli hüquq-mühafizə orqanları və sərhəd xidmətləri, belə məhdudiyyətlərin tətbiqi barədə məlumat verə bilər.
Milli.Az xəbər verir ki, bununla bağlı Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz açıqlama verib.
"Mövcud qanunvericiliyə görə 10-dan çox qurum vətəndaşın ölkədən çıxışına qadağa qoya bilər. Yəni vergi borcu olanların, cinayət məsuliyyətinə cəlb edilənlərin, axtarışda olanların və s. ölkədən getmək hüququ aşağıdakı dövlət qurumlarının qərarı ilə məhdudlaşdırıla bilir :
1. Ədliyyə Nazirliyi
2. DİN
3. FHN
4. DVX
5. Baş Prokurorluq
6. DSX
7. DTX
8. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
9. DGK
10. MN
11. XKX
STOP məsələsi həmişə "incə" məsələ olub, diqqət mərkəzində olub və ictimai əhəmiyyət kəsb edib.
Xatırlayıram ki , Milli Məclisin İnsan hüquqları komitəsinin ötən il keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında Ombudsmanın 2024-cü il üzrə məruzəsində də STOP məsələsi öz əksini tapmışdı.
Məruzədə bildirilirdi ki, şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulduğu bəzi hallarda həmin şəxs bu barədə məlumatlı olmur. Belə olduqda şəxs onun barəsində məhdudiyyətin tətbiq edilməsinə dair məlumatı şəxsiyyət vəsiqəsini (ümumvətəndaş pasportunu) dəyişdirdikdə və ya sərhədi keçdikdə əldə etmiş olur. Bununla da onun hüquqları məhdudlaşdırılmış olurdu. Amma hələ də bu problem öz həllini tapmayıb. Bu tip məlumatları adətən öncədən əldə etmək çox çətin olur. Kimsə xaricə getmək üçün Hava Limanına və ya hansısa sərhəd buraxılış məntəqəsinə yaxınlaşanda məlum olur ki onun ölkədən çıxışına STOP qoyulub. Yalnızı spesifik bir -iki məqamla bağlı STOP məsələsi haqqında öncədən məlumatı öyrənmək mümkündür.
DİN , DVX və Ədliyyə Nazirliyi bununla bağlı faydalı rəqəmsal imkanlar yaradıblar.
DİN-in E-polis mobil tətbiqində "axtarışda olan borclu fiziki şəxslər və cavabdehlər" haqqında məlumatları, DVX və Ədliyyə Nazirliyin e-xidmətlər bölməsindən də "borclunun ölkədən getməsinin müvəqqəti olaraq məhdudlaşdırılması" haqqında məlumatı ANINDA əldə etmək olar. Digər hallarda tətbiq edilən STOP qadağası haqqında məlumatı qabaqcadan elektron formada əldə etmək mümkün deyil.
Yəni tutaq ki, DGK, yaxun FHN -nin hansıs abir vətəndaşa tətbiq etdiyi STOP qadağasını öncədən öyrənmək imkanları yoxdur. Düşünürəm ki, myGov üzərindən də belə bir ictimai əhəmiyyət kəsb edən məlumatın əldə edilməsi imkanlarının yaradılması məntiqli və doğru olardı. İlk öncə İRİA əlaqəli qurumlarla, Ədliyyə Nazirliyi və DİN ilə birlikdə vətəndaşın artıq rəqəmsal formada olan mövcud STOP məlumatlarını myGov-dakı şəxsi kabinetinə inteqrasiya etməsi faydalı olardı.Eyni zamanda İRİA STOP qoymaq səlahiyyəti olan digər əlaqəli qurumlarla birlikdə bu məlumatların da myGov-dan əldə edilməsi imkanlarını nəzərdən keçirməsi doğru olardı.
Adətən STOP qadağası İAMAS sistemi vasitəsilə reallaşdırılır. Yaxşı olardı ki İRİA əlaqəli qurumlarla birlikdə bu tip məlumatların dərhal myGov-a yönləndirilməsi ilə bağlı qanunvericiliyə təkliflər hazırlasın.
Əlbəttə bəzi hallarda öncədən belə bir məlumatın verilməsi məntiqli olmaya bilər. Amma istənilən halda vətəndaşa Hava Limanında bu məlumat verilirsə, bu məlumatı elə onun myGov-dakı şəxsi kabinetinə də öncədən göndərmək olardı".
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə aktyorların qonorarı azaldıla bilər
-
Günün qoroskopu: Enerjiniz və ünsiyyət bacarıqlarınız zirvədədir
-
Klinikanın qarşısındakı qəzanın anbaan (Videosu)
-
“Perihan”ın son halı - (Foto)
-
Bakıda kollecdə qanlı hadisənin səbəbi açıqlandı - (Video)
-
CineMastercard-da Meryem Uzerli ilə «İmroz’da Bahar» filmin təqdimatı keçirilib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Türkiyədə aktyorların qonorarı azaldıla bilər
-
Günün qoroskopu: Enerjiniz və ünsiyyət bacarıqlarınız zirvədədir
-
Klinikanın qarşısındakı qəzanın anbaan (Videosu)
-
"İrəvana risk edib getmişdim" - Azərbaycanlı bloger
-
“Perihan”ın son halı - (Foto)
-
Sabah Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Fidan Hacıyeva Parisdə Azərbaycanın Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert haqqında danışıb - (Foto)
-
Mingəçevirdə 21 yaşlı gənc qonşusunu bıçaqlamaqda şübhəli bilinir
-
Bakıda kollecdə qanlı hadisənin səbəbi açıqlandı - (Video)
-
“Bakıda olduğum üçün çox xoşbəxtəm”: Devid Qarrettin virtuoz skripkası, rok hitləri və simfonik enerjisi
-
Gürcüstanda azərbaycanlı qardaşlar güllələndi
-
Türkiyədə silahlı hücumda ölənlərin sayı 9-a çatıb - Yenilənib
-
Bu şəxslər 3600 manat maaş alacaq
-
Çingiz imicini dəyişdi - (Foto)
-
Rəsmi Moskva: Heç kəs Ermənistanı zorla KTMT-də saxlamır
-
Qarabağ Ustası: Strategiya, Suverenlik və Azərbaycanın Qələbəsi
-
Sabah Ağdaşın bəzi ərazilərində qaz olmayacaq
-
İşğal olunmuş rayon sakini ilə evli kişilərə də "məcburi köçkün" statusu veriləcək
-
“Məcburi köçkün” statusu və vəsiqəsinin verilməsi qaydaları dəyişib
-
Vilayəti Paşinyana xəbərdarlıq etdi - “Onların ayaqlarını qıracağıq”
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
CineMastercard-da Meryem Uzerli ilə «İmroz’da Bahar» filmin təqdimatı keçirilib - (Video/Foto)
-
Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib - (Foto)





