Dünya gündəmində başqa məsələlər ön planda ikən, amerikalı və avropalı alimlərdən ibarət bir qrup, Antarktidada piramida formasında üç gizli tikili ilə qarşılaşıb.
Milli.Az xəbər verir ki, bu tikintilərdən ikisi dəniz sahilindən 16 kilometr məsafədə, üçüncüsü isə dənizə çox yaxın bir yerdə tapılıb.
Piramidanın təbii bir formasiya olub-olmaması, yoxsa insan əli ilə inşa edilmiş strukturlar olub-olmaması bir müddət alimlər tərəfindən araşdırılıb.
Piramidalar, bəzi insanlar tərəfindən, qitənin əvvəllər bir mədəniyyətin yaşaya biləcək qədər isti olduğu və bu tikintilərin insanlar tərəfindən inşa edildiyi şəkildə şərh edilib.
Antarktidada son illərdə aparılan tədqiqatlarda alimlər bu mövzu barədə susmağı üstün tutublar. Çünki bu strukturların insan əli ilə inşa edildiyinin aşkar edilməsi, insanlıq tarixində bildiklərimizi unutturacaq və tarixin yenidən yazılmasına səbəb olacaq qədər böyük bir gücə sahib ola bilərdi.
2009-cu ildə bölgədə çalışan iqlim alimi olan bir qrup, qitədə polen partiküllərinə rast gəldilər və bunu, Antarktidada bir zamanlar palma ağaclarının bitdiyini və yayda temperaturun 21 dərəcəyə çatdığını göstərən bir sübut olaraq qiymətləndirdilər.
2012-ci ildə isə Nevada Tədqiqat İnstitutundan alimlər qitənin cənubunda yerləşən "Vida" gölündən 32 müxtəlif bakteriya növünə aid nümunələr götürdülər.
Dünya nüfuz radarları (GPR) və inkişaf etmiş peyk görüntüləri analizi kimi son texnologiyalar sayəsində əldə edilən bu kəşf, tarix kitablarını tullayıb yenidən yazılmasına səbəb ola bilər.
Xəyal Abdullayev
Milli.Az