Maraqlı

Bu 3 səbəbə görə qısa boylu kişilərlə SEVGİLİ OLUN

27 İyun 2024 21:20
Baxış: 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi qadınlar qısa boylu kişi ilə görüşməyə razı deyillər. Amma buna görə əsaslı bir səbəbləri yoxdur. Lakin mütəxəsisslər qısaboylu kişilərlə münasibətdə mənfi cəhətlərdən daha çox üstünlüklərin olduğunu vurğulayıb. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, qısa boylu kişilər daha bacarıqlı sevgililər hesab edilir.

Elm adamları arasında belə bir fikir var ki, testosteron sümüklərin böyüməsinə təsir edir, ona görə də bu hormonun miqdarı artarıq olursa, kişinin boyu çox da böyümür. 

Bundan əlavə, qısa boylu kişilər tez-tez uzun boylu şəxslər arasında fərqlənmək istəyirlər ki, bu da onları daha ehtiraslı, möhkəm və diqqətli olmağa məcbur edir.

Qısa boylu bəylərin əla yumor hissi var

Qısa boylu oğlanları tez-tez lağa qoyurlar və bu halda onların iki variantı var - özlərinə çəkilib aqressiv olurlar, ya da ətraflarına yumorla yanaşmağı öyrənirlər. Buna görə də qısa boylu kişi ilə münasibətə girən qadın yəqin ki, daha çox güləcək.

Qısa bir partnyorun yanında dikdaban ayaqqabılara ehtiyac yoxdur

Aşağı topuqlu ayaqqabılar ayaqlarınız üçün hündürdaban ayaqqabılardan daha sağlamdır, buna görə də stilettodaban ayaqqabılarda gəzmək istəmirsinizsə, onları rahat idman ayaqqabıları və ya gözəl balet ayaqqabıları ilə təhlükəsiz şəkildə əvəz edə bilərsiniz.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.