Sağlamlıq

Yaşanmış travmalar beyindəki sinir əlaqələrinin sistemini pozur

30 İyun 2024 08:28
Baxış: 461
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərbi Ontario Universitetinin kanadalı alimləri müəyyən ediblər ki, dissosiativ posttravmatik stress pozğunluğu (dPTSD) olan xəstələr sağlam insanlarla müqayisədə beyin fəaliyyətinin fərqli nümunələri göstərirlər.

Milli.Az report.az-a istinadən xəbər verir ki, tədqiqat "Nature Mental Health" elmi jurnalında dərc olunub.

Posttravmatik stress pozuntusu - son dərəcə təhlükəli, ciddi xarakterli stress hadisəsi və ya vəziyyət nəticəsində inkişaf edir. Yeni araşdırmada komanda müasir vizuallaşdırma vasitələrindən istifadə edərək dPTSD olan xəstələrin beyin fəaliyyətini araşdırıb.

Eksperimentdə ümumilikdə 197 nəfər iştirak edib. Onlardan 50-si dPTSD-dən, 84-ü PTSP-in digər formalarından əziyyət çəkib, 63-ü isə sağlam olub.

Nəticələr xəstəliyi olan iştirakçılarla sağlam şəxslərin funksional beyin əlaqəsində kiçik fərqlərin olduğunu göstərib. Xüsusən də beynin temporal bölgələrində və sağ frontoparietal şəbəkəsində. Sağ frontoparietal şəbəkə diqqət, iş yaddaşı və idrak nəzarəti ilə əlaqələndirilir.

Tədqiqatçılar belə nəticəyə gəliblər ki, dPTSD olan insanlarda beyin fəaliyyətində dəyişikliklər onlara travma nəticəsində yaranan koqnitiv pozğunluğu kompensasiya etməyə kömək edir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.