Dünya

Bayden Fransanı İtaliya ilə səhv salıb

30 İyun 2024 08:22
Baxış: 428
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Cozef Bayden seçki kampaniyası zamanı Fransanı İtaliya ilə səhv salıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ABŞ lideri dünya müharibələrində öldürülən əsgərlər üçün Fransa qəbiristanlığına toxunaraq bildirib: "O (keçmiş prezident Donald Tramp - Qeyd) İtaliyadakı qəbiristanlığa getməzdi".

Qeyd edək ki, 81 yaşı olan Bayden ictimai çıxışlarında tez-tez ölkələri və adları səhv salır.

Cari ilin əvvəlində Bayden yaddaş probleminin olmadığını bildirsə də, Meksika və Misir prezidentlərini, eyni zamanda 28 il əvvəl dünyasını dəyişən keçmiş Fransa prezidenti Fransua Mitteranla Emmanuel Makronu səhv salmışdı. Mart ayında çıxışı zamanı isə ukraynalılar əvəzinə iranlılar demişdi.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.