Türkiyənin Şişli bölgəsində inşaat zamanı faciəvi hadisə yaşanıb.
Belə ki, təxminən 50 metr hündürlüyündə olan tikinti kranı aşıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Mecidiyeköydə qeydə alınıb.
Nəzarətsiz qalan kran yaxınlıqda yerləşən tələbə yataqxanasının üzərinə düşüb. Hadisə anında yataqxanada tələbələr olmasına baxmayaraq, xəsarət alan olmayıb.
Qəzadan sonra binada ciddi maddi ziyan qeydə alınıb.
Hüseyn
Milli.Az