Bu idman növü bədənə xeyirdən çox zərər verir - Açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Peşəkar idman çox zaman orqanizmə xeyirdən çox zərər verir.
Milli.Az xəbər verir ki, bunu rusiyalı həkim, ortoped və travmatoloq Pavel Semiçenkov açıqlamasında bildirib.
Bir çox insanlar sağlam həyat tərzi və düzgün qidalanma anlayışlarını səhv başa düşür və nəticədə bu vərdişlər sağlamlığa fayda əvəzinə zərər verə bilər.
"Bəzi insanlar sağlam həyat tərzi adı altında özlərini sərt məhdudiyyətlərə salır, bu isə orqanizm üçün sağlam deyil. "Əksər insanlar hesab edir ki, sağlam həyat tərzi idman deməkdir. Lakin bu, mifdir. Peşəkar idman çox zaman orqanizmə xeyirdən çox zərər verir," - deyə Semiçenkov qeyd edib.
O, xüsusilə qaçışın bu baxımdan ən çox yanlış başa düşülən fəaliyyətlərdən biri olduğunu bildirib: "Qaçış zamanı oynaqlara, dabanlara və onurğaya yük çoxalır. Düzgün texnika və uyğun ayaqqabı olmadan qaçış yalnız zərər gətirir."
Səhhətində problem yaranmaması üçün həkim insanlara idmana başlamazdan əvvəl mütəxəssislə məsləhətləşməyi və düzgün texnikanı öyrənməyi tövsiyə edib.
Ekspert həmçinin "düzgün qidalanma" anlayışının da tez-tez yanlış təfsir olunduğunu deyib:
"Bir çoxları bu adı altında kəskin məhdudlaşdırıcı pəhrizlər saxlayır - məsələn, keto, vegan və ya çiy qidalanma. Bu cür pəhrizlər orqanizmdə vacib amin turşularının, vitaminlərin çatışmazlığına, anemiyaya və əzələ zəifləməsinə səbəb ola bilər."
Semyçenkov bildirib ki, sağlam qidalanmanın əsas prinsipi balansdır: qida rasionu kalori, zülal, yağ, karbohidrat, vitamin və mikroelement baxımından tarazlı olmalı, təbii və az əlavəli məhsullardan ibarət olmalıdır.
"Ən əsası, ifrata varmaq olmaz. Sağlam qalmaq üçün bədənə yüklənmədən, sistemli şəkildə idman etmək, balanslı qidalanmaq və düzgün istirahət rejiminə əməl etmək lazımdır," - deyə həkim fikrini yekunlaşdırıb.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Fərqli markaların batareyalarını birlikdə istifadə etmək olar?
-
Yumurtanı bir ilədək dondurub saxlamağın düzgün üsulları
-
Heyva mürəbbəsinə əlavə edilən 4 aromatik ədviyyat
-
"Tupak Şakurun qətlini təşkil edən şəxs ömürlük həbsə məhkum edilib" - (Foto)
-
Tualet kağızını unitaza atanlar diqqətlə oxusunlar
-
Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla qətlə yetirilib - Təfərrüat
-
Trampdan Husi hücumlarına sərt reaksiya: "Seçkilərdən sonra da buradayam və bunu unutmayacağam"
-
Günün qoroskopu: İstədiklərinizi əldə etmək üçün addımlar atın
-
Alyona Əliyeva “44” filminin təqdimatından görüntülər paylaşıb - (Foto)
-
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
-
Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi - (Foto/Video)
-
Dambrauskas: "Rəqibin hansı zonalarda boşluq verdiyini bilirdik"
-
Albaniya 2030-cu ilədək Aİ-yə qoşula bilər
-
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
-
"Sabah" - "Slaviya" oyununun ən yaxşı futbolçusu bəlli olub
-
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - (Foto)
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - Yenilənib - (Video)
-
Rusiya və Ukrayna razılaşma əldə etmək istəyir - Tramp
-
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
-
Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq Orta Dəhlizin səmərəliliyini artırır – Mikayıl Cabbarov
-
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
-
İran səfirindən "Sahar Azəri"nin yaydığı görüntülərə reaksiya
-
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
-
"Arsenal" Xulian Alvares üçün 100 milyon funt-sterlinq ödəyəcək





