Maraqlı

9 min manata satılan ən bahalı hamburger - FOTOlar

30 İyun 2024 06:37
Baxış: 497
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ən bahalı hamburger (bir porsiya) rekordunu 2021-ci ilin iyununda Robbert Jan de Veen müəyyən edib. Həmin gün Hollandiya sakini kulinariya məhsulunu 5 min avroya satıb və bununla da adını "Ginnesin Rekordlar Kitabı"nın səhifələrində əbədiləşdirib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu fikir, restoran sahibi Robbertə pandemiya zamanı, müəssisəsi yemək aparmağa məcbur olanda gəlib.

Məhz o zaman "Qızıl Oğlan" adlı bir hamburger resepti hazırlayıb. "The Golden Boy" ("Qızıl Oğlan") adlı hamburger 28 iyunda "Remia International" şirkətinə 5 min avroya satılıb və Hollandiya Kral ailəsinə məxsus Qida və İçki Cəmiyyətinin sədri Rober Willemse tərəfindən yeyilib.

Sözügedən hamburger yapon vaqyu əti, beluga kürüsü, Alyaska kral xərçəngi və ağ dombalan göbələyi kimi bir çox bahalı ingredientdən hazırlanıb. Bununla yanaşı, burger çörəyi də yeyilən qızıl tozu ilə örtülüb.

Xatırladaq ki, De Veen satışdan əldə edilən gəliri Hollandiyadakı qida banklarına köməklik göstərən bir QHT-yə bağışlayıb. O, bildirib ki, 5 min avroluq bu ianə ilə sözügedən QHT ehtiyacı olan insanlar üçün təqribən min ədəd ərzaq paketi hazırlaya bilər.

Onu da qeyd edək ki, De Veenin burgerin hazırlanması üçün tələb edilən ingredientləri tamamlaması və müxtəlif reseptləri sınaqdan keçirməsi beş aydan çox çəkib. 

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.