Sirri hələ də açılmamış ən qəribə bank quldurluğu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
27 avqust 2003-cü ildə ABŞ-da pizza kuryeri Brayan Uells şəhərin ucqar bir hissəsinə çatdırılma etmək üçün yola çıxdı. Pizzaları çatdırsa da, heç kimin ağlına belə gəlməyən bir evə düşüb. Başına gələnlər əvvəlcə çaşqınlıq yaradıb, daha sonra isə insanlara inamın ciddi şəkildə azalmasına səbəb olub.
Milli.Az sfera.az-a istinadən sirri hələ də açılmamış ən qəribə bank soyğunu haqqında yazı təqdim edir.
Brayan Uellsin hadisədən bir gün əvvəl, avqustun 28-də pizza çatdırmaq üçün getdiyi ev quldurların evi olub.
Onu girov götürən quldurlar üzərinə partlayıcı qurğu yerləşdiriblər. Bu bomba hadisədən sonra belə heyrətə səbəb olan nadir saatlı bomba idi. Brayandan istədikləri isə şəhərin mərkəzindəki bankı qarət edib pulu onlara gətirmək olub.
"Təhlükəsizlik kodunu bilən bütün işçiləri buraya toplayın və çantamı dərhal 250.000 dollarla doldurun!"
Brayanın "PNC Bank"a girdikdən sonra ağzından çıxan ilk sözlər bu olub. Sonra əlindəki tüfəngi göstərərək saatlı bombanın həyəcanı ilə əlavə edib:
"Cəmi 15 dəqiqəniz var".
İşçilər onun tələbini yerinə yetirməyə başlayıb və çantasına 8000 dollar qoyublar. Vaxtı tükənirdi.
Brayan çöldə gözləyən maşınına minərək sürəti artırıb. Yaşadığı sarsıntıdan davranışına hakim ola və sona qədər quldurluğu həyata keçirə bilməyib. Baş verəcəklərdən qorxaraq qaçmağa başlayıb, lakin bankdan çıxarkən bank işçiləri artıq polisə zəng vurmuşdular. 15 dəqiqə sonra Brayan tutulub.
O, mühasirəyə alınıb və əlləri qandallanıb. Onsuz da qaçmaq fikri yox idi və polisdən kömək istəyirdi.
Brayan polisə girov götürüldüyünü və üzərinə saatlı bomba qoyulduğunu, quldurluğu sona çatdırmasa, bombanın partlayacağını bildirib. Polisi inandırmaq üçün çox vaxt lazım olub. Nəhayət, o bunu bacarır və bomba qrupları, səlahiyyətlilər hadisə yerinə çağırılır.
Bomba dəstəsini gözləyərkən belə Brayan:
"Müdirimə zəng edə bilərsinizmi?" deyə soruşur, müdürünün işə səhlənkar yanaşdığını düşünməsini istəmir.
Amma qəfildən bomba işə düşür və bir neçə saniyə ərzində partlayır.
Dəhşətli bir partlayış Brayanın başını bədənindən ayırmış və o, bomba komandalarının gəlməsinə 3 dəqiqə qalmış həyatını itirmişdi.
Polisi inandırmaq üçün sərf etdiyi vaxt bombanın işə düşməsi üçün kifayət etmişdi.
Araşdırmalar başlayanda məlum olub ki, Brayanın üzərindəki bomba çubuğun yarısı boyda və evdə hazırlanmış silahdır. Bombanın iki ayrı komponenti var idi, birinci hissədə yaxaya qoşulmuş açar dəliyi 3 rəqəmli koddan ibarətdir.
Mexanizmi idarə etmək üçün adi mətbəxlərdə istifadə olunan saniyəölçən olub.
Polisin peşəkarcasına istehsal edildiyini düşündüyü bu mexanizm mürəkkəb görünsə də, əslində standart strukturun məhsulu idi.
Bütün bunlarla yanaşı, polisi təəccübləndirən başqa bir detal da var idi.
Bombanl əhatə edən çoxlu kabellər var idi, lakin onların heç biri heç bir şeyə bağlı deyildi.
Cinayətkarların bombanın məhv edilməsini qeyri-mümkün etmək üçün etdikləri bu hərəkətə əlavə olaraq, bomba mexanizminin üzərinə bəzi yanıldıcı stikerlər vurulmuşdu. Bu oyunda bir tapmaca var idi və məhvetmə qrupları vaxtında gəlsələr belə, nəticə dəyişməyəcəkdi.
Brayanın həyatını xilas etmək üçün olan tapmacanın kodları avtomobilinin salonunda əl ilə yazılmışdı.
Mürəkkəb təsvirlər, xəritələr, hamısı bir qeydə əlavə edilmişdi və yalnız bu qarışıqlığı aradan qaldırdıqdan sonra Braya azad ola biləcəkdi. Qeydin sonundakı xatırlatmada azadlığın şərti qeyd olunurdu: "Xilas olunmağın yalnız bir yolu var, o da bizimlə əməkdaşlıq etməkdir".
"Bankı tələsik tərk edib köhnə Geo Metroya girdiyin zaman qeydlərdəki təlimatlara əməl etməyə çalış".
"Peach küçəsinə get, odunla örtülmüş ərazidə narıncı qaba bağladığımız digər ipucunu tap."
Polis Brayanı məhz bu küçəyə doğru gedərkən yaxalamışdı. Hadisədən sonra müəmmanı həll etmək üçün adı çəkilən yerə gedən polis qrupları təsvir edilən qab və qeydi tapıblar. Yeni istiqamət var idi, bu dəfə 4 kilometr aralıda meşəlik ərazi qeyd olunmuşdu.
Polis qrupları qeyddə təsvir edilən yerə getsə də, göstərilən nöqtədə heç bir şey tapa bilmədi. Brayanın arxasınca gələn quldurların polisin işə qarışmasından sonra qaçdıqları düşünülürdü. Başqa dəlil qalmadığından, bu iş məyusluqla bitmişdi.
Dörd il sonra, 2007-ci ilin iyulunda vilayət qubernatoru mətbuat mənsublarını bir yerə yığaraq, "Brayan hadisəsində böyük irəliləyiş var" deyə bildirib.
İstintaq bitmişdi. Hadisənin baş verdiyi ərazidə aparılan araşdırmalar nəticəsində Brayanı tanıdıqlarını iddia edən, lakin bu dostluğun çoxdan bitdiyini iddia edən Diehl-Armstronq, Barnes və Rotşteyn soyğunda günahkar bilinib.
Cinayətkarlar yaxalanandan sonra isə hadisənin arxasındakı həqiqət fərqli cərəyan etdi.
Təəccüblənməyə hazır olun...
Sən demə, cinayətkarlar arasında adı çəkilən və 2004-cü ildə vəfat edən Rotşteyn bu qəliz planın müəllifi olub.
Brayana boynuna taxılacaq bombanın saxta olacağı deyilərək, bu planla bankı soymağa razı salıblar. Ən azından ona belə deyilib. Yəni, onu bu plana inandırmaq üçün, bombanın saxta olduğu deyilib. Ya qaçırılıb, ya da bilərəkdən soyğuna ortaq olub, ona tutulan zaman polisə "Mən yalnız məndən tələb olunanı edirəm" deyə tapşırılıb və bu yolla xilas olacağı deyilib.
Amma, göründüyü kimi xilas ola bilməyib. Hadisədən sonra Brayanın ailəsi bu qənaətə inanmadı və hadisə ilə bağlı şübhə pərdələri heç vaxt qaldırılmadı. O vaxtdan bəri hadisədə adı çəkilən insanlar bir-bir həyatdan köçdükcə, onlarla birlikdə müxtəlif fərziyyələr də əbədiyyətə qovuşdu.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
XƏBƏR LENTİ
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərib
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır
-
Tramp qapını örtdü, Bakı isə iş qaldırdı: CNN cavab verməli olacaq





