Maraqlı

6 gün çılpaq gəzən qız danışdı - FOTO

9 Dekabr 2023 02:02
Baxış: 1 181
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Britaniyalı jurnalist eksperiment üçün altı gün paltarsız qalıb. 36 yaşlı Georgette Culley təcrübəsini bölüşüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, qadın ən çox sağlam həyat tərzinə riayət etdiyi və həftədə dörd dəfə məşq etdiyi üçün eksperimentin sağlamlığına necə təsir edəcəyini bilmək istəyib.

Britaniyalı qadın çılpaqlığın ilk günündə dəqiqədə orta hesabla 65 olan ürək döyüntüsünün 55-ə düşdüyünü qeyd edib. Lakin sonra qonşulardan biri onu pəncərədən görəndə qısa müddət ərzində 120-yə yüksəlib.

Eksperiment zamanı jurnalist zibil atmaq üçün bir neçə dəfə evdən tamamilə çılpaq çıxıb.

O, yalnız palto geyinərək supermarketə ərzaq almaq üçün gedib. Onun ürəyi maraqlanan müştərilərin baxışları altında həmişəkindən daha sürətli döyünüb.

Ümumiyyətlə, britaniyalı qadın eksperimenti uğurlu hesab edib. O, dərisinin daha yaxşı görünməyə başladığını, stress səviyyəsinin, eləcə də istirahət zamanı ürək döyüntüsünün azaldığını qeyd edib. Onun sözlərinə görə, o, özünü daha seksual hiss etməyə başlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.