Maraqlı

Elm dünyasını həyəcanlandıran kəşf: Nadir planet tapıldı - FOTO

5 Dekabr 2023 06:30
Baxış: 768
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlər nəhəng bir planet tapıblar. Planet Yerdən 13 dəfə böyükdür. Günəşdən isə 9 dəfə kiçik olan ulduzun ətrafında fırlanır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, astronomlar Yerdən 51 işıq ili uzaqlıqda, Günəşin kütləsinin 1/9-u olan "LHS 3154" adlı M sinifli cırtdan ulduzun ətrafında fırlanan planet aşkar ediblər.

Araşdırmada sözügedən planetin kainatdakı soyuq və az kütləli ulduzlardan biri olan "LHS ​​3154" orbitində 3,7 Yer günündə turunu tamamladığı və bu günə qədər təsbit edilən ən kütləli planet olduğu vurğulanıb.

Penn State Universitetinin astronomiya və astrofizika professoru və tədqiqatın müəlliflərindən biri olan Suvrath Mahadevan qeyd edib ki, bu kəşf kainat haqqında nə qədər az şey bildiyimizi ortaya qoyur.

"Bu qədər ulduzun ətrafında ağır bir planetin mövcud olacağını gözləmirdik. Kəşf etdiyimiz göy cismi, yəqin ki, son dərəcə nadirdir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.