Maraqlı

Aylardır başı ağrıyan kişinin beynindən görün nə çıxdı - FOTO

1 Dekabr 2023 22:20
Baxış: 1 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vyetnamda aylardır baş ağrısından əziyyət çəkən 35 yaşlı kişi xəstəxanaya gedərkən həyatının şokunu yaşayıb.

Milli.Az "unikal"a istinadən xəbər verir ki, həkimlər maye axıntısı və dehidrasiya, həmçinin bağ ağrıları şikayətləri olan kişinin beyin rentgenoqrafiyasını çəkib və onun beynində iki Çin yemək çubuğu olduğunu müəyyən ediblər.

Kişi dərhal endoskopik əməliyyat keçirib və kəllə sümüyünə ilişən çubuqlar burnundan çıxarılıb. Xəstənin vəziyyətinin yaxşı olduğu bildirilərkən, Neyrocərrahiyyə şöbəsinin müdiri Dr. Nguyen Van Man hadisəni "çox nadir" adlandırıb.

Digər tərəfdən həmin şəxs 5 ay əvvəl bir məkanda həddindən artıq sərxoş olan zaman bir nəfərlə dava etdiyini və bu şəxsin onun başına nəsə bıçaqla xəsarət yetirdiyini, lakin hadisəni xatırlamadığını bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.