“Dünyanın ən maraqlı adamı" - Şimal qütbünü kəşf edən səyyah - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyanın ən maraqlı insanı haqqında eşitmişdinizmi?
Milli.Az sfera.az-a istinadən yalnız macəra kitablarında rast gələ biləcəyiniz, hekayələri ilə hər kəsi heyran edən səyyah Peter Freuchen (Freyxen) haqqında yazı təqdim edir.
1886-cı ildə Danimarkada anadan olan Peter Freuchenin atası iş adamı idi. O, oğlu üçün də oxşar həyat arzulayırdı.
Atasının istəyinə uyğun olaraq Freuchen Kopenhagen Universitetinə daxil olur və tibb üzrə təhsil almağa başlayır. Ancaq o, bu qapalı və sadə həyatın onun üçün olmadığını anlayır.
Freuchen yeni kəşkər və təhlükəli macəralar arzuladığını anlayaraq universiteti ataraq, səyahətə gedir.
O, Qrenlandiyaya ilk ekspedisiyasını 1906-cı ildə etdi. Daha sonra Danimarkadan şimala yelkənlə, oradan da it arabasl ilə davam etdi. Bu səfərdə o və dostu Knud Rasmussen həm dil öyrəndilər, həm də Inuit xalqı ilə görüşüb ticarət etdilər.
Inuitlər morjları, balinaları, suitiləri və hətta qütb ayılarını ovlayırdılar: Freuchen özünü evindəki kimi hiss edirdi. Bundan əlavə, Freuchen hündür və güclü bədən quruluşu sayəsində ağ ayını yıxmaq gücünə sahib idi.
O, tezliklə qütb ayısının xəzindən özünə palto tikdirdi.
Peter Freuchen üçüncü həyat yoldaşı ilə birlikdə öldürdüyü qütb ayısından tikilmiş paltoda:
1910-cu ildə Freuchen və dostu Rasmussen Qrenlandiyanın Keyp York şəhərində "Thule" adlı ticarət məntəqəsi qurdular. Bu ad yunan coğrafiyaçısı, dənizçi və kəşfiyyatçısı Piteas tərəfindən icad edilən "məlum dünyanın hüdudlarından kənarda yer" mənasını verən "Ultima Thule" terminindən ilhamlanıb.
Öz tərcümeyi-halında qeyd edildiyi kimi, səyahət zamanı Freuchen və ekipajı çovğunda qalır. Freuchen bala itin altında gizlənməyə çalışsa da, özünü tamamilə buza çevrilmiş qar yığınının altında basdırılmış vəziyyətdə tapıb. O zaman yanında həmişə yanında gəzdirdiyi xəncər və nizəni tapmayan Freuchen donmuş nəcisindən xəncər düzəldərək oradan çıxa bilib. Düşərgəyə qayıdanda ayağının soyuqdan donduğunu və ayaq barmaqlarının qanqren olduğunu gördü. O, qanqren olan ayaq barmaqlarını anesteziyasız özü kəsib, ayağının yerinə mismar taxıb. Freuchenin ayrıseçkiliyə qarşı dözümü yox idi. İkinci Dünya Müharibəsi illərində kiminsə antisemit ifadələr işlətdiyini eşidəndə o, yəhudi olduğunu iddia edirdi. O, həmçinin Danimarka müqavimətinə qoşulmuş və Danimarkada nasist işğalına qarşı döyüşmüşdür.
Anti-nasist mövqeyi olduğuna görə, Hitler onun həbs edilərək öldürülməsini əmr etdi. Freuchen Fransada həbs olundu, lakin o, nasistlərdən qaçaraq, İsveçə gedə bildi.
Nyu-Yorka köçdükdən sonra burada vəfat edən Freuchen qalan günlərini daha sakit keçirdi.
O, 1957-ci ildə son kitabı "Yeddi dəniz"i bitirdikdən üç gün sonra 71 yaşında vəfat edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
XƏBƏR LENTİ
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)





