Maraqlı

Kosmosa ilk dəfə taxtadan peyk buraxılacaq

19 Noyabr 2023 12:00
Baxış: 406

NASA və yapon alimləri ilk dəfə taxta peyki kosmosa buraxacaq.

Milli.Az lent.az-a istinadən bildirir ki,  2025-ci ilin yayında NASA və Yaponiyanın JAXA kosmik agentliyi ağacdan hazırlanmış ilk peyki buraxmağı planlaşdırır. Bu innovativ layihə ilə kosmik zibil probleminin həlli ola bilər.

Kioto Universitetinin tədqiqatçıları ağacın kosmosda istifadə üçün ideal olduğunu iddia edərək, bu layihə üzərində fəal işləyirlər:

"Yer üzündə ağacdan istifadə edərkən yanma, çürümə və deformasiya ilə bağlı problemlər var, lakin kosmosda bu problemlər yoxdur. Çünki kosmosda oksigen yoxdur. Ona görə də ağac yanmır və çürüməyə səbəb ola biləcək canlı orqanizmlər yoxdur".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics