Maraqlı

Axtarışda olan cinayətkar polisdə işə düzələn zaman həbs edildi - FOTO

18 Avqust 2023 12:46
Baxış: 1 144
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Axtarışda olan cinayətkar ABŞ-də polisə işə düzəlməyə qərar verib. Həmin şəxs həbsdən şərti olaraq vaxtından əvvəl azad edilmə qaydalarını pozmaqda ittiham olunur.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 24 yaşlı Castin Karter polis məmuru olmaq qərarına gəlib və ərizəsini onlayn formada vasitəsilə Arkanzasın bölmələrindən birinə təqdim edib. Fiziki hazırlıq normativlərindən keçmək üçün zabitlərlə şəxsi görüşə gələndə namizədin bioqrafik məlumatlarında uyğunsuzluqlar olduğunu görüblər.

Ətraflı araşdırmadan sonra Karterin şərti azadlığa buraxılması qaydalarında pozuntularına görə Corciya əyalət polisi tərəfindən axtarışda olduğu müəyyən edilib. Bundan başqa, həmin şəxs ərizəsində başqasının adını və soyadını göstərib. Bildirilir ki, standartlardan keçdikdən sonra Karter həbs edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.