Maraqlı

Məşhur milyarderlər Roma Kolizeyində DÖYÜŞƏCƏK - VİDEO

30 İyun 2023 18:37
Baxış: 721
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya hökuməti Roma Kolizeyində Mask və Zukerberq arasında döyüş təşkil edəcək.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, İtaliya hökumətinin rəsmi nümayəndəsi Roma Kolizeyində "Tesla" və "SpaceX"in yaradıcısı İlon Maskla döyüşün təşkili məsələsi ilə bağlı Meta şirkətinin rəhbəri Mark Zukerberqlə əlaqə saxlayıb. Bu barədə mənbəyə istinadən "TMZ Sports" məlumat yayıb.

İnformasiya portalının məlumatına görə, İtaliyanın mədəniyyət naziri Dario Françeskini "dünya tarixində ən böyük döyüşü" təşkil etmək üçün Zukerberqlə əlaqə saxlayıb.

Verilən məlumata görə, hər iki sahibkar döyüşün Kolizeydə baş tutmasını istəyir. Qeyd olunur ki, Zukerberqin nümayəndələri bunu UFC prezidenti Dana Uayta bildiriblər. Onun adamları da öz növbəsində İtaliyalı nazirlə əlaqə saxlayıb.

Tvitter hesabında Romadakı döyüşlə bağlı məlumatlara reaksiya bildirən milyarder etiraf edib ki, döyüşün Kolizeydə baş tutma şansı var.

Məlumat üçn bildirək ki, iyunun 21-də Mask "Meta"nın öz Twitter analoqunu inkişaf etdirməsi xəbərindən sonra Zukerberqi MMA döyüşünə çağırıb. Meta rəhbəri çağırışı qəbul edib. Zukerberq dəfələrlə döyüş sənətinə sevgisini bəyan edib, hətta Braziliya ciu-citsusu üzrə yarışıb.

Onların artıq məşqdən görüntüləri yayılıb. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.