Maraqlı

Sutkada nə qədər çay içməliyik?

17 İyun 2023 18:37
Baxış: 1 959
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həddindən artıq çay içmək sağlamlığa zərərlidir. Xüsusilə çay təzyiqi, maddələr mübadiləsini, mədə-bağırsaq traktını normallaşdırmağa kömək edir, baş ağrılarını, əzələ ağrılarını azaldır.

Milli.Az "Medicina"ya istinadən xəbər verir ki, diyetoloq Oksana Dmitrievanın sözlərinə görə, çayı digər içki növləri- kompotlar, meyvə içkiləri, qəhvə və ya adi su ilə əvəz etmək olar.

"Gündə içə biləcəyiniz optimal çay miqdarı 4-5 stəkandan çox olmamalıdır. Üstəlik, burada bir prinsip var: nə qədər az, bir o qədər yaxşıdır.

Orta dozada (2-3 stəkan) çay sağlamlıq üçün çox faydalıdır. Bu, əsasən güclü antioksidantlar olan taninlərlə bağlıdır. Problemlər 5-ci stəkandan sonra başlayır. Məsələn, taninlərin çoxluğu dəmirin udulmasına çox mane olur.

Çayın zərərli təsirlərini neytrallaşdırmaq üçün onu böyük həcmdə içməmək daha yaxşıdır. Əgər siz artıq 3 stəkan içmisinizsə, o zaman su, mineral su və ya kompota keçin.

Çayın bədənə başqa bir zərərli təsiri yuxusuzluğun və əsəb həyəcanının artmasıdır. Çay həvəskarları, yeri gəlmişkən, təmkinsiz və aqressiv olurlar. Kofein insanın aqressiyasını artırır".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.