Fahişə necə amansız qatilə çevrilir? - Dəhşətli həyat hekayəsi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
1800-cü illərdə Hindistanın Kəlküttə şəhərində hamını qorxuya salan Troilokya adlı qadının adı dillər əzbəri idi.
Milli.Az lent.az-a istinadən tarixdə fahişə, dələduz və amansız qatil kimi iz buraxmış Troilokyanın həyat hekayəsini təqdim edir.
O, Benqalda kiçik bir kənddə doğulmuşdu. Hələ yeniyetməykən ailəsi milli ənənələri qoruyaraq, onu qoca bir kişiyə ərə vermişdi. Troilokya ərini cəmi bircə dəfə, toyu günü görə bilmiş, sonra adam ölmüşdü. Əri öldükdən sonra evdən qovulan Troilokya ona yardım etmək istəyən bir qadının evinə köçür. Və sonra anlayır ki, bu qadın fahişədir. Məqsədi də yardım deyil, onun bədənini sataraq pul qazanmaqdır. Troilokya işlədiyi fahişəxanada bir gəncə aşiq olur, onunla qaçır. Lakin həmin gənc də qızı başqa bir fahişəxanaya satdıqdan sonra qəzəb və kinlə dolan Troilokya cinayət aləminə qədəm basır.
O gəncliyi və gözəlliyi sayəsində kişiləri başdan çıxarmağa və pul qazanmağa başlayır. Özünə böyük bir malikanə, at arabaları alır, nökərlər tutur. Yaşı artdıqca qazancının azalacağını bilən məşhur fahişə gələcək həyatını düşünmək məcburiyyətində idi. Ona görə fırıldaqçılığa, saxta evlilik yollarına baş vurur.
Evində içki məclisləri təşkil edir, varlı ailələrdən olan kişiləri qonaq çağırır, qonaqlar sərxoş olunca onları soyurdu. Bir müddətdən sonra şəhərdə gəzən dedi-qodulara görə, daha kimsə içki məclislərinə gəlmək istəmədi.
Buna görə Troilokya sevgilisi Kali Babuya qoşulub Kəlküttənin kənar məhəllələrindən birinə köçür. Şəhərdəki adətə görə, oğlan evi evlənən qıza külli miqdarda cehiz və qızıl hədiyyə etməliydi. Troilokya bəy ovuna başlayır. Fahişə bakirə qız adıyla özünə yeni sevgililər tapır, evlilik vədi verir, evlənirdi. O ərlərini ya öldürür, ya da qoyub qaçırdı. İzini kimsə tapa bilmirdi.
Bu frıldaqçılıq fahişənin gəlin gedəcək qız yaşı ötənə qədər davam elədi. Bu "biznesi" əlindən çıxandan sonra o sevgilisi ilə birlikdə adam oğurluğuna başladı. Kəlküttə küçələrindən qız uşaqlarını oğurlayıb, təbliğat aparır, onları fırıldaqçılığa cəlb edirdi. Bu qızları ərə verir, sonra ər evindən qaçmağa məcbur edirdi.
Lakin itən qızların sayı çoxalıb, valideynləri polisə müraciət edincə cütlük bu plandan əl çəkməli oldu.
Yeni hədəf zərgərlər idi.
Cütlük zərgər dükanlarını yarmağa başladı. Troilokya və sevgilisi varlı adam qiyafəsində zərgərlik dükanlarına gəlir, çoxlu qızıl seçib evlərinə gətrilməsini istəyirdilər. Zərgər evlərinə gəlincə mallarını soyub, özlərini öldürürdülər.
Bu cinayətlərin birində Kali Babu yaxalandı və edam edildi. Cinayətlərdə əli olduğu sübuta yetmədiyinə görə Troilokya sərbəst buraxıldı. O evini sataraq yerini dəyişdi. Lakin yenə sakit dayanmadı. Varlı ailələrin qadınları ilə dostluq edən keçmiş fahişə indi də qatilə dönmüşdü. O rəfiqələrini tovladaraq gözdən iraq yerlərə aparır, öncə soyur, sonra öldürürdü.
6-cı qurbanını boğmağa çalışarkən cinayət başında yaxalanan Troilokyaya da ölüm hökmü verilir.
İlk baxışda qəlbsiz bir cani təsiri buraxsa da, Troilokyanın bir məsum sevgisi də var idi. O sevgilisi kali Babunun ilk evliliyindən olan oğlu Harini öz doğma balası kimi sevib, övladlığa götürmüşdü. Edam edilərkən də son sözləri onunla bağlı oldu. " Harini insanlara əmanət edirəm, Elə edin ki, o cinayətkar olmasın, başı bəlaya girməsin" demişdi.
Hindistanın ən məşhur qadın cinayətkarı Troilokya 1884-cü ildə asılaraq edam edildi. Haridən isə kimsə xəbər tutmadı.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
-
Tramp: Məğlub İran razılaşma əldə etmək istəyir
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
Sabah Yasamalda qaz olmayacaq
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
"Barselona"nın ən çox maaş verəcəyi futbolçu - (Foto)
-
"Yeraltı"nda yeni sima - (Foto)
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı - Yenilənib
-
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib - (Foto)
-
"Liverpul" klub tarixinin ən bahalı transferini edir - (Foto)
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib
-
Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb
-
Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb
-
Baş Prokurorluq Xətaidə yeniyetmənin ölümündə “Roblox”dakı zərərli məzmunun təsirini araşdırır
-
Vəfa Zeynalovanın digər qızı da xaricdə yaşayacaq - (Foto)
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto/Video)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
"Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
-
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
-
"Neftçi"də yeni müqavilə
-
Azərbaycanda sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
-
Ağdam-Ağcabədi yolunun kənarında yanğın





