Maraqlı

“WhatsApp”dan ciddi XƏBƏRDARLIQ: Bu gündən bəzi hesablar silinəcək

6 Mart 2023 10:40
Baxış: 2 396
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gündən etibarən bəzi "WhatsApp" istifadəçiləri hesablarını itirmək riski ilə üzləşəcəklər.

Belə ki, mesencerin rəhbərliyi müəyyən müddət ərzində aktiv olmayan şəxsi istifadəçi hesablarını silməyə başlayacaq. Əsasən 120 gün və ya daha çox aktivliyi olmayanlar risk altındadır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yəni bu müddət ərzində şəxsin hesabı qeyri-aktiv olarsa, o, bərpa hüququ olmadan silinəcək və orada saxlanılan bütün məlumatlara giriş itiriləcək.

"WhatsApp" tərtibatçıları bu tədbiri yaddaşın ümumi həcminə qənaət etmək zərurəti ilə izah edirlər, çünki bəzi istifadəçi məlumatları "bulud"da saxlanılır. Bundan əlavə, qeyri-aktiv hesabların silinməsi tələb olunan proqram təhlükəsizliyi səviyyəsini qorumaq və adi istifadəçilərin məlumatlarını qorumaq üçün lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.