Maraqlı

Şirniyyat yemək depressiyanı artırır – Diyetoloq

28 Yanvar 2023 22:25
Baxış: 853
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dietoloq Qinzburq şəkər və qəndin depressiyaya səbəb olduğunu açıqlayıb.

"Medicina" xəbər verir ki, beyində gedən neyroiltihab depressiv halların və təşviş pozuntusunun səbəblərindən birincisidir.

Dietoloq Mizail Qinzburq bu iltihabın səbəbkarı kimi qidalanmanı irəli sürür.
Neyroiltihab şəkər, şəkər tərkibli qidalar, yüksək qlikemik indeksli qidalar - düyü, ağ çörək, kartof və un məmulatları nəticəsində yaranır.

Dietoloq həmçinin transyağlara ehtiyatla yanaşmağı tövsiyə edib, çünki bu yağlar baş beyində damarları tıxayır, qan dövranını pozur, belə halda beyindən qaynaqlanan depressiv hallar baş verir.

Həkim bununla yanaşı turş süd, qatıq məhsulları, müsli, yarmaların ən yaxşı qida olduğunu bildirib.

Şirniyyat əvəzinə alma, meyvə yeyin. Eləcə də tərəvəz salatlarını tam taxıldan qara çörəklə gündə 2 dəfə yeyə bilərsiz.
Depressiyada olanların əhvalını qaldırmaq üçün şirniyyat yeməsi səhv fikirdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.