Maraqlı

“Əgər kişinin 20 yaşı varsa və "Lamborghini"si yoxdursa bacarıqsızdır"

25 Yanvar 2023 17:39
Baxış: 1 566

Amerikalı yutuber Sebastiyan Georgiunun son açıqlaması müzakirələrə səbəb olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, yutuber 20 yaşında olan istənilən kişi üçün "Lamborghini" almağın çox asan olduğunu iddia edib. Əks halda həmin şəxslərin bacarıqsız olduğunu vurğulayıb.

O, bu barədə sosial media hesabında paylaşım edib:

"Əgər bir kişinin 20 yaşı varsa və "Lamborghini"si yoxdursa, oturub niyə olmadığını özü ilə ciddi müzakirə etməlidir. İndi başa düşürəm ki, bu, inanılmaz dərəcədə asandır.

İndi süni intellekt alətləri ilə əvvəllər mümkün olmayan şeyləri edə bilərsiniz".

Mübahisələrə səbəb olan videoya tviterdə qısa müddət ərzində 2 milyon baxış gəlib və izləyicilərin çoxu bunu birmənalı qarşılamayıb.

Sebastian müxtəlif layihələrdən altı il ərzində 8 milyon dollar qazandığını iddia edib.

Milli.Az

5 ilədək dəyişməz 14,5%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics