Maraqlı

Damarları xolesterindən ən yaxşı təmizləyən 3 MEYVƏ

19 Yanvar 2023 22:30
Baxış: 1 495
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Damarlarda xolesterinin yığılması çox təhlükəli haldır və ürək-damar sistemi xəstəliklərinin əsas səbəbidir.

Bəzi meyvələr damarlarda xolesterinin yığılmasını azaldır və damarları çox yaxşı təmizləyir.  

Lif və pektinin sayəsində bu meyvələr orqanizmdən artıq xolesterinin xaric olunmasını aktivləşdirir.

Saglamolun.az xarici KİV-lərə istinada bildirir ki, fransa diyetoloqlarının sözlərinə görə, damarları ən yaxşı təmizləyən meyvələr alma, qırmızı qreypfrut və portağaldır.

"Almanı qabıqlı şəkildə yemək daha faydalıdır ki, qabıqlarda olan birləşmələr piy və xolesterinlə mübarizə etməyə yaxşı kömək edir" - mütəxəssislər qeyd edirlər.

Bütün sitrus meyvələri damarlar üçün faydalıdır. Lakin qırmızı qreypfrutun tərkibində olan antioksidantlar ürək-damar sistemi xəstəliklərinin profilaktikası üçün daha faydalı sayılır.

Portağalın tərkibində olan sterol maddələri də arteriyaları xolesterindən yaxşı təmizləyir, damarları daha möhkəm və elastik edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.