Maraqlı

Cildi yeniləyir, sızanaqları aradan qaldırır

1 Yanvar 2023 10:20
Baxış: 539
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yağlı dəriyə sahib olanlar sızanaq problemlərindən əziyyət çəkir. Sızanaqlardan sonra yaranan izləri, ölü hüceyrələri və qara nöqtələri aradan qaldırmaq isə heç də həmişə asan olmur. Bunun üçün cildi yeniləmək və nəfəs almasına yardımçı olmaq lazımdır.

Milli.Az Axşam.az-a istinadən cildin yağlanmasını azaldan, sızanaq və qara nöqtələrin əmələ gəlməsi aradan qaldıran maskanı təqdim edir.

Tərkibi:

1 xörək qaşığı süd
yarım stəkan kakao
1 çay qaşığı bal

İstifadə qaydası:

Süd, kakao və balı yaxşıca qarışdırın. Maskanı göz ətrafı istisna olmaqla bütün üzünüzə çəkin və 15 dəqiqə gözləyin. Sonda dərinizi ilıq su ilə yuyun. Bu maskanı həftədə 2 və ya 3 dəfə tətbiq edə bilərsiniz. Bu qarışımı boyun və sinə nahiyəsinə də çəkmək mümkündür.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.