Maraqlı

Di Kaprio ekonom reysdə "radara düşdü"

22 Dekabr 2022 19:54
Baxış: 791
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur aktyor Leonardo Di Kaprio ilə eyni reysdə olan təyyarənin sərnişini məşhurun davranışını izləyib və mini reportaj hazırlayıb.

Milli.Az bildirir ki, o, şəxsi Twitter hesabında hekayəsini paylaşıb.

Təyyarənin ekonom sinifində uçan amerikalı jurnalist Simone Stolzoff dünya şöhrətli aktyor Leonardo Di Kaprionu onunla eyni sırada əyləşən görüb və tanıyıb. Kişi məşhura yaxınlaşmağa cəsarət etmədiyi üçün onu izləməyə qərar verib.

"Uçuşun çox hissəsini o, telefonunda nərd oynayırdı. Sonra qazlı su və bir paket yüngül duzlu yaşıl noxud sifariş etdi. O, qara rəngli "Hoka" idman ayaqqabısı geyinir. O, məndən stəkan altını istədi - etiraz etmədim", - Stolzoff  deyib.

Jurnalist uçuş zamanı aktyora "Cek, uçuruq!" ifadəsini (baş rolda Leonardo Di Kaprionun iştirak etdiyi "Titanik" filmindən məşhir ifadə) demək istədiyini də bölüşüb, lakin özünü saxlayıb və səyyah yoldaşını narahat etməyib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.