Maraqlı

İsti şorba içənləri gözləyən təhlükə - Xərçəng riski var

22 Dekabr 2022 23:35
Baxış: 1 086
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İsti yemək, şorba və içkilər yeyilmədən öncə bir qədər soyudulmalıdır, qaynar halda yemək düzgün deyil".

Bakupost.az xəbər verir ko, dietoloq həkim Vasilisa Panomoryova çox qaynar şorbaların qida borusu və qırtlaq xərçəngi yarada biləcəyini açıqlayıb.
"Qışda çox adam isti yemək yeməyə can atır. Bu sanki bədəni daxildən isitmə vasitəsidir. Amma belə yeməkləri qəbul etməzdən əvvəl bir qədər soyudun. İlıq hala gətirin.

Qaynar içki və yemək qida borusu selikli qişasının yanıqlarına və zədələnməsinə səbəb olur. Nəticədə xroniki iltihab baş verir.

Əgər bu vərdiş uzun illər davamlı olunsa, orda atopik hüceyrələrin yaranmasına və xərçəngə səbəb olur. Qida borusunu qaynar mayelərlə zədələməyin gələcəkdə xərçəngə səbəb olması barədə çoxsaylı elmi araşdırmalar aparılıb.
Qidanın hərarəti vacibdir. Qastroenteroloqlar 50 dərəcədən yuxarı olmamalıdır. Yeməzdən əvvəl 6-7 dəqiqə gözləyin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.