Maraqlı

“Avatar”in yeni hissəsi iki günə 180 milyon dollar gəlir əldə etdi

19 Dekabr 2022 16:20
Baxış: 968
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dekabrın 16-da nümayişinə başlanan "Avatar: Su Yolu" filmi beynəlxalq miqyasda 127 milyon dollar, ABŞ-da isə 53 milyon dollar gəlir əldə edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ehtimal olunur ki, bir həftəlik nümayişdən sonra filmin gəliri təxminən 410 milyon dollar təşkil edəcək.

Məlumata görə, bütün xərcləri ödəmək üçün film təxminən 2 milyard dollar toplamalıdır.

Qeyd edək ki, Çində yeni koronavirus dalğası səbəbindən ölkədəki bəzi kinoteatrların bağlanması səbəbindən kassa gələri gözləniləndən aşağı olub. Halbuki, "Avatar"ın birinci hissəsi təkcə Çində 200 milyon dollar qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.