Maraqlı

Qarın bölgəsindəki yağları azaldır, həzmi yaxşılaşdırır

18 Dekabr 2022 18:20
Baxış: 1 220
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Arıqlama prosesində ən çətin nüanslardan biri də qarın bölgəsindəki yağlardan qurtulmaqdır. Pəhrizlə yanaşı idman hərəkətləri etmək də mütləqdir. Bəs bu bölgədəki yağları daha sürətli hansı vasitələrlə azaltmaq olar?

Milli.Az Axşam.az-a istinadən artıq çəki ilə yanaşı həzm prosesini də sürətləndirən qarışımı təqdim edir.

Tərkibi:

1 şüşə mineral su
yarım stəkan yağsız qatıq
2 xörək qaşığı limon suyu
yarım çay qaşığı nanə

Hazırlanması:

Qatığın üzərinə mineral suyu əlavə edib qarışdırın. Daha sonra 2 xörək qaşığı limon qoyuruq və yarım çay qaşığı nanə əlavə edib yaxşıca qarışdırın. Bu qarışımdan iki həftə müntəzəm istifadə edildikdə xüsusilə qarın bölgəsində incəlmə müşahidə edəcəksiniz.

Onu da qeyd edək ki, qarışımdan gündə cəmi 2 stəkan - səhər yeməyindən yarım saat əvvəl və yatmadan 2 saat əvvəl içmək lazımdır. Bununla yanaşı gün ərzində 2 litr su içməyiniz də tövsiyə olunur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.