Maraqlı

Dietoloqdan yaya qədər arıqlamağa kömək edəcək MƏSLƏHƏTLƏR

24 Dekabr 2022 23:15
Baxış: 1 128
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı dietoloq Yelena Solomatina yay üçün bədən ölçülərini normallaşdırmaq istəyənlərə bir sıra qeyri-adi məsləhətlər verib.

O, aclıq və toxluq kimi hisləri aldatmağa kömək edən bir sıra fəndlərin olduğunu bildirib.

Xüsusilə, həkim mavi kimi soyuq rəngli boşqablarda yeməyi tövsiyə edib. Onu sözlərinə görə, belə olan halda insan daha az yeyəcək. Bununla yanaşı, hətta balaca bir tikənin belə daha böyük görünəcəyi kiçik ölçülü boşqabları seçmək daha yaxşıdır.

Solomatina, həmçinin yeməkləri soyuq içkilərlə "yumaq" barədə xəbərdarlıq edib. "Bu halda, tam həzm olunmayan yemək tez sürüşərək gedir və insan tez bir zamanda yenidən yemək istəyir",- deyə diyetoloq izah edib.

Həkim yemək yeyərkən smartfon, planşet və ya televizordan yayınmağı, hər dişləmdən həzz almağı məsləhət görüb.

Bundan əlavə, o, şirniyyatları quru meyvələrlə, məsələn, xurma, ərik qurusu və ya kişmişlə əvəz etməyi tövsiyə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.