Braziliyalı keçmiş futbolçu Adriano 24 günlük evlilikdən sonra həyat yoldaşından ayrılıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Mikaela Mesquita ilə ailəli olan futbolçu bu həftə toy etməyi düşünsə də, cütlük yollarını ayırmağa qərar verib.
Boşanmaya səbəb isə Adrianonun dostlarıyla görüşəcəyini deyərək iki gün evə gəlməməsi olub. Sonradan məlum olub ki, futbolçu Qətərdə keçirilən Braziliya - İsveçrə matçına baxmağa gedib. 25 yaşlı Mikaela isə ərinin gecikmiş izahatlarıyla kifayətlənməyib və boşanmağa qərar verib.
Milli.Az