Zəhərlənən adama qatıq verməyin - Baş toksikoloq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qida zəhərlənməsi ilə bütün fəsillərdə rastlaşmaq mümkündür. Payız-qış mövsümündə zəhərlənməyə səbəb olan əsas qida isə adətən, turşu olur. Hətta bir neçə gün öncə Bakıda müəllimin pomidor turşusundan zəhərlənərək həyatını itirməsiylə bağlı xəbər yayıldı. Qida zəhərlənməsinin özünü büruzə vermə müddəti isə məhsuldan asılı olaraq dəyişir. Belə ki, bu müddət bəzən 1-6 saat, bəzən də 3-5 gün aralığında ola bilir. Bir çox hallarda şəxsin qidadan zəhərləndiyi ehtimal olunarkən ətrafdan ona dərhal qatıq yeməsi tövsiyə olunur. Belə bir fikir var ki, qatıq zəhərlənməni müəyyən dərəcədə önləyir.
Bəs görəsən, qida zəhərlənmələri zamanı ilkin hansı tədbir görülməlidir?
"Medicina" xəbər verir ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov oxu.az-a bildirib ki, turşudan zəhərlənmələrlə bağlı müraciətlər oktyabr ayından başlayıb:
"Sentyabrda bir-iki nəfər zəhərlənmədən müraciət edib. Daha dəqiq desək, sentyabrda beş, oktyabrda yeddi, noyabrda isə səkkiz nəfər botulizmdən əziyyət çəkib. Botulizm ağır qida infeksiyasıdır. Həmin şəxslərdən beşi hazırda reanimasiyadadır, bir nəfər - Şəfəq Əliyeva isə ağır zəhərlənmədən vəfat etdi. Düzü, müraciətin daha çox olacağını gözləyirik".
Həmsöhbətimiz ancaq ağır növ qida zəhərlənmələri ilə gələnləri qəbul etdiklərini diqqətə çatdırıb:
"Bu mövsümdə, əsasən, pomidor, xiyar, az hallarda da kələm kimi qida məhsulları konservləşmiş formada olanda kütləvi formada zəhərlənmə baş verir. Şikayətlər isə başağrısı, başgicəllənməsi, mədə nahiyəsində ağrılar, köp, bədən hərarətinin qalxması, ürəkbulanma, qusma və ikili görmə olur. Bunlar davam edərsə və tədbir görülməzsə, vəziyyət ağırlaşır. Vəziyyət o yerə çatar ki, insan huşunu itirə bilər. Qatıq isə burada heç bir praktiki əhəmiyyət kəsb etmir, biz məsləhət görmürük ki, zəhərlənən adama o verilsin. Əsas birinci tədbir mədənin yuyulmasıdır, ondan sonra peşəkar həkim müayinə etməli və tapşırığını verməlidir. Botulizm əlamətləri varsa, mütləq zərdab vurulmalıdır. Onda həyati təhlükənin haradasa qabağı alınmış olur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
XİN ABŞ-ni təbrik edib
-
DÇ-2026: Argentina və Kolumbiya 1/8 finalda
-
Piyadalar üçün nəzərdə tutulan pilləkən sürücülərə problem yaradır (Video)
-
Makiyajın effekti: Əsas məhsullar və onların rolu
-
Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları
-
42 yaşlı azərbaycanlı aparıcı gözəlliyi ilə heyran etdi - (Video)
-
Dərini zədələmədən qaralmanın sirləri: Günəşlənərkən diqqət olunmalıdır
-
Qorxulu yuxular görməyin səbəbləri
-
Xiyarın möcüzəvi faydaları
-
Özbəkistanda ər arvadına qızıldan unitaz hədiyyə etdi - (Video)
-
Dünya çempionatı tarixinin 23 nəfərlik heyəti açıqlanıb
-
Biləcəridə avtobus dayanacağının zəbt olunduğu iddia edilir (Video)
-
Sevil-Sevincin qardaşının ailəsi ilə fotoları maraq yaratdı - FOTOlar
-
Misir 1/8 finalda - DÇ-2026
-
İntuitiv qidalanma nədir? İntuitiv qidalanma necə tətbiq olunur?
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səmimi olun.
-
Ömrü qısaldan qidalar - Həkimlər uzaq durmağı tövsiyə etmir
-
Mətanət: "Gecə 12-nin yarısı oğlumun xəbəri yoxdur ki, evə gəlmişəm"
-
Zaqataladakı qəzada xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib
-
Röyadan Arzumun həbsinə münasibət: "Məni ağlatdı"
-
Ronaldonun yeni məşqçisi bəlli oldu
-
"Qalatasaray" Premyer Liqanın ulduzunu heyətə qatmağa yaxındır (Foto)
-
Anar Bayramov Şahin Hüseynovu yüksək vəzifəyə təyin etdi
-
Qarpızın zəhərli olub-olmadığını yoxlamaq üçün su və yod testi





