Maraqlı

Nadir almaz 28,8 milyon dollara satılıb

10 Noyabr 2022 08:04
Baxış: 387
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nadir tapılan almaza Cenevrədə müştəri tapılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "Christie's" hərrac evinin 25 milyon dollara satışa çıxardığı "Fortune Pink" adlı çəhrayı almaz 28,8 milyon dollara satılıb. Cəmi 4 dəqiqə çəkən hərracda müştərinin adı açıqlanmasa da, asiyalı olduğu bildirilir.

18,18 karatlıq almaz üçün 4 iddiaçı yarışıb. Cəhrayı almazların kütləsi adətən 0,1 karatı keçmədiyi üçün onların qiyməti xüsusilə bahadır. Çəhrayı almazla yanaşı 2 adi almazın da bərkidildiyi üzük Fransanın məşhur Pino ailəsinə məxsus olub. Bu, dünyada ikinci ən bahalı bəzək əşyasıdır. 2017-ci ildə Honqkonqda hərraca çıxarılmış çəhrayı almaz 71 milyon dollara satılmışdı.

Qeyd edək ki, çəhrayı almaz Asiya ölkələrində uğur simvolu hesab edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.