Maraqlı

Artroz və onun əlamətləri

4 Oktyabr 2022 23:01
Baxış: 727
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artroz oynaqların qığırdaq səthlərinin müxtəlif səbəblərdən zədələnməsi, oynaq boşluğunda mayenin azalması, bitişik sümüklərdə və bağlarda patoloji dəyişikliklərin böyüməsi nəticəsində yaranan xroniki xəstəlikdir.

Zaman keçdikcə onun əlamətləri güclənir, sonrakı mərhələlərdə ciddi pozulmalar baş verir.

AZƏRTAC xəbər verir ki, bu barədə verteboloq Röya Musayeva bildirib.

O deyib: "Artroz mübadilə proseslərinin pozulması nəticəsində əmələ gələn oynaq zədələnməsidir. Bu zaman oynağın qığırdağı zədələnir.

Həmin xəstəliyə hər yaşda təsadüf oluna bilər, lakin daha çox 40-50 yaşlarında olan qadınlarda müşahidə edilir. Artrozun əlamətlərindən biri oynaqlarda olan ağrılardır.

Oynaqlarda olan qığırdaq toxuması kobudlaşır, nəticədə səthlər bir-birini loru dildə ifadə etsək, "yeyərək" nazikləşməyə başlayır.

Həmin proses yeriyərkən, pilləkən çıxarkən daha çox özünü göstərir. Artroz zamanı osteopatiyadan və reabilitasiya üsullarından istifadə edərək müalicə aparılır. Hava dəyişkənliyi zamanı xəstələr ağrıların çoxalmağından şikayətlənir, ona görə də hər ilin yaz və payız aylarında müalicə almaq məsləhət görülür".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.