Maraqlı

Ruzinin artmasına yardım edən zikr

25 Sentyabr 2022 19:10
Baxış: 878
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nəql edilir ki, bir kişi İmam Kazımın (ə) yanında şikayət edir ki, "Əlimi hara atıram - boş çıxır və yolum bağlanmışdır. Hansı hacətə tərəf üz çevirsəm, həyata keçmir".

Həzrət (ə) ona buyurur: "Sübh namazından sonra 10 dəfə de:

سُبحانَ اللهِ العَظیمِ وَ بِحَمدِه اَستَغفِرُ اللهَ وَ اَسأَلُهُ مِن فَضلِهِ

"Subhənallahil-'azimi və bihəmdih. Əstəğfirullahə və əs-əluhu min fəzlihi".
Hədislərimiz buyurur ki, hər kimin ruzisi azalarsa, istiğfar etsin.

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kimə Allah nemət verərsə, gərək ona həmd və siyatiş etsin. Hər kimin ruzisi azalarsa, gərək Allahdan bağışlanma istəsin".

Nəql edilir ki, hər kimin ruzisi azalarsa, hər gün istiğfar zikrini 1001 dəfə desin və nəticəsini görəcəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.