Maraqlı

Valideyn müşrik olsa belə, ona hörmət olunmalıdır

19 Sentyabr 2022 23:10
Baxış: 1 000
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quran ayələri və hədislər bizə dəfələrlə buyurublar ki, ata və anaya yaxşılıq edək və onlara ehtiram qoyaq. Allah Təala Quranda buyurur: "Və Biz insana ata-anası barəsində tövsiyə etdik.

Anası onu (hamiləlik dövründə öz bətnində) getdikcə artan bir zəifliklə daşıdı (uşağa süd vermək və) süddən kəsmək iki il ərzində olur. (Dedik) ki: "Mənə və ata-anana şükür et ki, (hamının) dönüş(ü) Mənə tərəfdir"". ("Loğman" 14).

Allah Təala buyurur ancaq bu halda onlara itaət etmə: "Əgər onlar (ata-anan) cəhd etsələr ki, haqqında elmin olmayan bir şeyi (ilahilikdə, müqəddəslikdə) Mənə şərik qoşasan, əsla onlara itaət etmə.

Dünyada onlarla yaxşı davran və (bütün hallarda) Mənə tərəf dönən (yönələn) kəslərin yolunu tut! Sonra isə hamınızın dönüşü Mənə tərəfdir. Beləliklə (Mən) sizə etdiklərinizdən xəbər verəcəyəm". ("Loğman" 15).

Allah Təbarəkə və Təala buyurur ki, əgər ata və ananız müşrikdirsə və sizi də müşrik etmək istəyirsə, bu zaman onlara itaət etməyin. Ancaq qalan hallarda valideynə itaət vacib buyurulmuşdur.

Hətta valideyn müşrik olsa belə, Allah yuxarıdakı ayədə buyurur ki, dünyada onlarla yaxşı davran. Yəni hətta belə bir valideynlə kobud və pis rəftar etmək olmaz. Onlarla yaxşı rəftar etmək lazımdır.

İmam Sadiq (ə) buyurur: "Allah üç şeyi tərk etməyə icazə verməmişdir: əmanəti əda etməyi, əhdə vəfanı, valideynə yaxşılıq etməyi".

Övlad valideynlə sileyi-rəhmi kəsməməlidir və əgər onlar övladlarını görən zaman narahat olurlarsa, bunun səbəbini axtarmalıdır. Ola bilsin ki, ata və ana əsəbi olsun, ya cismi və ruhi xəstəliyi olsun. Lakin heç bir amil, övladın öz vəzifəsini yerinə yetirməsi üçün bəhanə ola bilməz.

Ata və ananın təbiəti belədir ki, övladının gəlişinə sevinər. Onunla söhbət edib dərdləşmək istəyər.

Ata və anaya yaxşılıq etməyin bərəkətlərindən biri də İlahi bağışlanmadır. Allah Təala buyurur: "Rəbbiniz sizin ürəklərinizdə olanı (əgər qəlbinizdə ata-ananızdan bezarsınızsa və ya onlara zülm etmisinizsə, bunları) daha yaxşı bilir. Əgər özünüzü islah etsəniz (və etdiyiniz səhvdən Allaha tərəf qayıtsanız) Allah qayıdanları mütləq bağışlayandır". ("İsra" 25).

Ata və ananın incitmək əzab gətirər. "Öz ata-anasına "heyf sizə! Məndən əvvəl əsrlər boyu insanların (gəlib) keçdikləri (və onlardan heç kəsin dirilmədiyi) bir halda siz mənə (öləndən sonra torpaqların arasından) çıxarılacağımı vəd edirsiniz?!" deyən kəs(ə gəldikdə isə): O ikisi daim Allahdan (onun iman gətirməsi barəsində) kömək diləyir (və deyirdilər): "Vay olsun sənə! İman gətir.

Allahın vədi mütləq haqdır". Lakin o, deyirdi: "(Sizin) bu (sözləriniz) keçmişlərin əfsanələrindən başqa bir şey deyildir". Belələri onlardan qabaq (olub) keçmiş insan və cin tayfaları arasında barələrində Allahın sözü (kafirlərin cəhənnəmlik olmaları haqqındakı vədi) qətiləşmiş kəslərdir. Onlar doğrudan da ziyana uğramışdılar". ("Əhqaf" 17-18).

Bu ayədən məlum olur ki, həmin insan ata və anasına hörmət etmirdi və onların sözünə qulaq asmırdı. Bəzən də onları məsxərə edirdi. Bu insanların sonu - əbədi əzabdır.

Bu mübarək Ramazan ayını qənimət bilib, valideynlərimizə yaxşılıq edək və bu İlahi bağışlanmadan bəhrə aparaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.