Maraqlı

Azərbaycana dincəlməyə gələn rusiyalı turist görün nələr yazdı

12 Sentyabr 2022 16:48
Baxış: 1 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı qadın Azərbaycana səfər edib və çox razı qalıb.

Milli.Az bildirir ki, turistin icmalını "Yandex.Zen" platformasında "Turizmin incəlikləri" portalı dərc edib.

Turistin sözlərinə görə, bu, "münasib qiymətə dəbdəbəli tətil" olub. Bakıda dördulduzlu oteldə iki nəfərlik bir həftəlik tur ona 89 min rubla (təxminən 1470 dollar) başa gəlib.

Səyyah bildirib ki, Azərbaycanın paytaxtı ona müasirliyin çoxəsrlik tarixlə dinc yanaşı yaşadığı İstanbulu xatırladıb. O, muzeylərə, bazarlara və restoranlara baş çəkməyi, yerli geyim mağazalarına getməyi məsləhət görüb.

Qız qeyd edib ki, respublikada rublla ödəniş mümkün olmayacaq, "Mir" kartı da işləmir, ona görə də özünlə dollar aparmağı məsləhət görüb. Nəşr bildirir ki, restoranlarda menyular rus dilindədir, işçilərin 90 faizi ingiliscə yaxşı danışır.

Rusiyalı qadın vurğulayıb ki, ölkədə heç kim bəxşiş istəmir, hətta bununla bağlı eyham belə vurmur.

Bundan əvvəl, avqustun 18-də məlum olub ki, ruslar kütləvi şəkildə yayda Azərbaycana tətilə axışıblar. Qeyd olunur ki, 2021-ci ilin eyni dövrü ilə müqayisədə respublikaya səyahətə maraq 2 dəfə artıb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.