Maraqlı

İnfarktın olacağını erkən göstərən analiz hansıdır? - Kişilər üçün vacibdir

20 Avqust 2022 19:35
0 Şərh     Baxış: 637
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yay başlayandan bir çox insanların, xüsusilə dövlət qurumlarında çalışan gənc və orta yaş kişilərin qəfil ürək tutmasından vəfat etməsi insanı bu bəladan xilas olmaq yolları tapmağa vadar edir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, əslində infarktın olub-olmayacağını bəzi müayinələrlə dəqiq bilmək olur.

Müxtəlif ürək simptomları olan şəxs keçib gedər deyə düşünməməlidir.

Ürəkdə nekrotik dəyişikliyin olmasını dəqiq göstərən analiz Troponin analizidir.
O adətən digər markerlər Kreatinkinaza və mioqlobinlə birgə təyin edilir.

Deyilənə görə, bu analizlər hətta EKQ və EXO-dan da dəqiq və öncə infarktı göstərir.

Troponin - ürək əzələsi miokardda olan zülal birləşməsidir

Əgər o normadan yülsək çıxırsa, deməli, ürək əzələsi toxumasında hüceyrə ölümü baş verir.

Bütün kişilər əgər infarkt ehtimalı varsa, nəslində infarkt keçilənlər olubsa, müəyyən dövrlərdə bu analizi verməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.