Bağda və balkonda həşəratları uzaq tutmağın 4 YOLU
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yay aylarında vaxtımızın çox hissəsi balkonda və ya bağda keçir. Amma təəssüf ki, evimizin bu hissələrində tək deyilik. Demək olar ki, hər bir mənzildə, bağda, həyətdə həşəratlar var. Bəzi hallarda bu həşəratlar ziyansızdırlar. Lakin onların ayrı-ayrı növləri təkcə əşyalar və qidalar üçün yox, həm də insanlar üçün ciddi təhlükədirlər.
Bəs, milçəkləri, böcəkləri və həşəratları evin bu sahələrindən uzaq tutmağın yolu varmı? Əlbəttə var!
Milli.Az Lent.az-a istinadən bu problemin həll yollarını sizə təqdim edir:
1. Darçın
Bu problemi aradan qaldırmaq üçün ən yaxşı vasitələrdən biri darçındır. Bu zərərvericilərdən xilas olmaq üçün qapı yaxınlığına, evin küncünə və pəncərələrə biraz darçın səpin. Bununla da, balkonunuzu həşərat, qarışqa və milçəklərdən qoruyacaqsınız. Bundan əlavə, gül dibçəklərinizə darçın tökməklə onları da ziyanverici həşəratların təsirindən xilas edə bilərsiniz. Ağcaqanadları özünüzdən uzaqlaşdırmaq üçün isə tərkibində darçınlı efir yağlarını bədəninizə sürtün. Effektini görəcəksiniz.

2. Reyhan
Bağınızda və balkonunuzda olan kiçik qonaqları qovmaq üçün istifadə olunacaq ən təsirli üsullardan biri də reyhandır. Reyhan qoxusu sayəsində ağcaqanad və ev milçəklərini evdən uzaq tutmaq mümkündür. Belə ki, otaqlarda, pəncərələrin önündə, eyvanda dibçəklərdə reyhan saxlamağınız bu istiqamətdə köməyinizə dəyəcək. Hətta qaynar suyun içinə reyhan yarpağı atıb soyumasını gözləyin. Soyuduqdan sonra sprey qablaşdırmaya tökərək otaqlara və ya varsa, balkonunuza səpin.

3. Lavanda
Reyhan kimi lavanda da milçək və həşərat qovucu xüsusiyyətə malikdir. Bağçanızın günəşli yerlərində əkəcəyiniz və ya eyvanda gül dibçəklərinizə qoyacağınız lavandalar sizi bu zərərverici həşəratlardan qoruyacaq. Bu bitkinin ətri insanlara xoş gəlsə də həşəratlara əks təsir edir. Buna görə də paltarlarınızı birələrdən qorumaq üçün lavandadan istifadə etmək yaxşı seçimdir.

4. Limon otu
Ağcaqanad və milçəklərin düşməni olan digər bitki isə limon otudur. Bu bitkini bağçanızın istənilən yerində əkə bilərsiniz. Həmçinin, limon otunu dibçəklərdə evin balkonlarına qoyaraq oradakı həşəratlardan da xilas olmaq mümkündür.

Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Soyuducunuzdakı köhnə süd qutusu ventilyatorun buz kimi üfürməsini təmin edir
-
Tualet kağızı ilə ağcaqanadları evdən uzaqlaşdırın
-
Bal kimi şirin qarpızı seçmək üçün 5 əsas əlamət
-
Unsuz hazırlanan "fit" poğaça resepti
-
Gilasları daha yaxından araşdırdılar: Bizi loqo ilə aldadırlarmış
-
Günün qoroskopu: Gözlənilməz xərclər çıxa bilər
XƏBƏR LENTİ
-
Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub
-
Almaniyada evlərin cəmi 6%-ində kondisioner var
-
Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb
-
Kamaləddin Qafarov: “Milli Ordumuz Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə bərpa etdi”
-
Arda DÇ-də rekorda imza atdı
-
Xankəndidə hərbi yürüş keçirilib - (Video/Foto)
-
Rusiya Ermənistandan balıq idxalını tam şəkildə qadağan etdi
-
AZAL donanmasına ilk Airbus A321neo təyyarəsini əlavə edib - (Foto)
-
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
-
Lənkəranda dağlıq ərazidə itkin düşən 8 nəfər xilas edilib
-
İran Hörmüz boğazı üçün marşrut qaydalarını yenidən təsdiqləyib
-
Bakı və bölgələrdə narkotik əməliyyatı: 9 nəfər saxlanılıb
-
Brent neftinin qiyməti 73,75 dollara düşdü
-
8 gün əvvəl qızıl medal qazanan cüdoçumuz vəfat etdi
-
Yaponiyada 5,8 bal gücündə zəlzələ oldu
-
DÇ-2026: Türkiyə qələbə qazandı, amma qrupdan çıxa bilmədi
-
Ağcabədidə iki avtomobil toqquşdu, bir sürücü həyatını itirdi
-
Soyuducunuzdakı köhnə süd qutusu ventilyatorun buz kimi üfürməsini təmin edir
-
Tualet kağızı ilə ağcaqanadları evdən uzaqlaşdırın
-
Bal kimi şirin qarpızı seçmək üçün 5 əsas əlamət
-
Unsuz hazırlanan "fit" poğaça resepti
-
İsti havalarda su əvəzinə süd için
-
Xaricdən şəxsi istifadə adı ilə mal gətirib satanlara xəbərdarlıq





