Maraqlı

Banan təzyiqi salmağa kömək edir - Kardioloq

9 İyul 2022 20:25
0 Şərh     Baxış: 535
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Banan yemək yüksək təzyiqi sabitləməyə təsir edir.

Milli.Az bakupost-a istinadən xəbər verir ki, həkim kardioloq Brittani Dan gündəlik rasiona banan daxil edilməsinin arterial təzyiqə yaxşı təsir etdiyini açıqlayıb.

Bu meyvədə çoxlu elektrolitlər - kaliy və maqniy var. Sutka ərzində normal miqdarda elektrolit orqanizmə daxil olduqda, maye və qan miqdarı balansı qorunur.

Bu da təzyiqi normal saxlamağa kömək edir. Əgər təzyiq xəstələri gündə 2 ədəd banan yesə, təzyiqi bir neçə rəqəm aşağı düşər.
Bir bananda 422 mq kaliy var. Bu isə sutkalıq normanın 20%-dir.

Amma bananla yanaşı çox duz, duzlu qida qəbul etmək əksinə təzyiqi qaldırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.