Maraqlı

Səma parlaq yaşıl oldu

8 İyul 2022 19:42
1 Şərh     Baxış: 723
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Cənubi Dakota ştatının üzərində ildırım zamanı səma parlaq yaşıl olub.

Milli.Az bildirir ki, bu barədə "USA Today" qəzeti məlumat yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, fırtına zamanı səma qəfildən mavidən yaşıla çevrilib. ABŞ-ın bəzi sakinləri "Stranger Things" serialında olduqlarını hiss etdilər, digərləri isə baş verənlərə elmi əsaslandırma tapmağa çalışdılar.

Meteoroloq Kori Martinin sözlərinə görə, fenomenin sadə izahı var. Ştatda tufan günortadan sonra başlayıb - günəşin parlaq qürub işığı sınmağa və mavi rəngə malik su və buz hissəcikləri ilə qarşılıqlı təsir göstərməyə başlayıb. Mütəxəssis əlavə etdi ki, bu effekti əldə etmək üçün çoxlu maye lazımdır.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.